Komitə sədri 32-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış etdi – FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-də “İnkişaf üçün yolların qurulması: Dini etiqad azadlığının regional, milli və beynəlxalq mühafizəsi” mövzusunda keçirilən 32-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib.

Bizim.Media xəbər verir ki, Dövlət Komitəsinin sədri çıxışında Azərbaycanda dini etiqad azadlığı, multikulturalizmin təşviqində cəmiyyətin rolu və dövlət siyasətinin qarşılıqlı əlaqəsi barədə danışıb. Komitə sədri vurğulayıb ki, ölkəmizdə din dövlətdən ayrıdır. Buna baxmayaraq dövlət ölkədə yaşayan bütün dini icmalara hörmət və həssaslıq nümayiş etdirir. Bu yanaşma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı siyasət və təşəbbüslərdə, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və inşası da daxil olmaqla, dini ibadət yerlərinə göstərilən dövlət dəstəyində təzahür edir.

Azərbaycan tolerantlıq və dinlərarası harmoniya modelini daha da gücləndirib. Dövlət müxtəlif dini icmalara maliyyə yardımları və institusional dəstək göstərərək onların sərbəst fəaliyyəti üçün zəruri şərait yaradır.

Bu siyasətin işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam etdirildiyini bildirən Ramin Məmmədov qeyd edib ki, Qarabağda ciddi zərər görmüş dini abidələrimiz üçün yeni bir mədəni və mənəvi dirçəliş dövrü başlanıb. Bərpa işləri yalnız İslam irsinin deyil, eyni zamanda regionun zəngin və çoxşaxəli tarixi irsini əks etdirən xristian abidələrinin də qorunub saxlanmasına xidmət edir. Bu addımlar Azərbaycanın dini-mədəni müxtəlifliyi qoruyaraq gələcək nəsillərə ötürən ardıcıl və prinsipial siyasətinin nümunəsidir. Din azadlığının təkcə hüquqi sənədlərdə deyil, eyni zamanda institusional səviyyədə qorunmasının önəminə toxunan Komitə sədri bu sahədə uğurlu nümunələrin tətbiqinin əhəmiyyətli olduğunu qeyd edib.

Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov simpoziumdakı çıxışında dünyada mövcud olan dünyəvi dövlət modellərini şərh edib.
 

Azərbaycanın müsəlman şərqində dünyəvi hüquq sistemini qəbul edən və fərqli din, məzhəblərə mənsub şəxslərə bərabər imkanlar təmin edən ilk ölkə olduğunu bildirib. Rektor həmçinin vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu neytral və elmi yanaşmaya söykənən təhsil verir. İslamın bütün məzhəblərinin yanaşmaları obyektiv şəkildə təqdim olunur, eyni zamanda dünya dinləri haqqında müzakirələr elmi təsvir metoduna əsaslanır. Bu baxımdan İnstitut İslam dünyasında nadir və nümunəvi model sayılır.


Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində Briqam Yanq Universitetində təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə də görüşüb. Görüş zamanı Ramin Məmmədov tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, dili və ölkəmizdə mövcud olan multikultural dəyərlər barədə məlumat verib.

Tələbələr Azərbaycana, xalqımızın tarixi və mədəniyyətinə dair məlumatları maraqla qarşıladıqlarını bildiriblər. Gələcəkdə Azərbaycan haqqında daha dərindən öyrənmək, ölkəmizin tarixi, mədəni irsi, adət-ənənələri və ictimai mühiti ilə daha yaxından tanış olmaq arzusunda olduqlarını ifadə ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

Bakıda keçirilən NATO təlimi başa çatıb – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatıb – FOTO/VİDEO

Taylandda qeyri-adi vegetarian festivalı keçirilir - FOTOLAR

Taylandda qeyri-adi vegetarian festivalı keçirilir - FOTOLAR

Danimarkada robotlar supermarketlərdə gecə növbəsinə hazırlaşır

Danimarkada robotlar supermarketlərdə gecə növbəsinə hazırlaşır

Hakan Fidan Bağdadda İƏT-in iclasına qatılacaq

Hakan Fidan Bağdadda İƏT-in iclasına qatılacaq

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı - VİDEO

Zabrat-Maştağa yolu bağlandı - VİDEO

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

End of content

No more pages to load

RADİO