"Regionun gələcəyi Ermənistanın vəziyyəti düzgün qiymətləndirməsindən asılıdır"- İlham Əliyev 

Münaqişə başlanandan bəri xarici jurnalistlərə çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə deyirdim ki, Ermənistan tərəfi bizim ərazilərdən çıxacağı tarixi deyən kimi, istənilən anda biz dayanmağa hazırıq və bunu açıq deyirdim.

Belə də oldu. Bəyanatda üç rayonun bizə qaytarılacağı tarix qrafik üzrə göstərilən kimi hərbi əməliyyatlar dayandırıldı.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Sentyabrın 27-dən noyabrın 10-na qədər olan dövrü götürsək, deyə bilərik ki, münaqişə hərbi-siyasi metodlarla həll edildi. Dünən Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan siyasi qüvvələr üçün vacibdir. Təəssüf ki, bu cür qüvvələr var və bu, həmin bəyanatın yerinə yetirilməsinə mane olmağa çalışanların hamısı üçün çox ciddi siqnaldır.

"Belə cəhdləri biz müharibə dövründə də görmüşük, bəyanat imzalanandan sonra da. Təfsilata varmaq istəmirəm. Biz müəyyən xarici dairələrin cəhdlərini görmüşük. Onlar bu məsələdən bir növ kənarda qaldıqlarına görə narazı idilər”.

Azərbaycan Prezidenti qeyd edib ki, atəşin dayandırılmasında aparıcı rolu Rusiyanın oynamasından narazı qalanlar Ermənistan cəmiyyətində müəyyən iğtişaşlar törətməyə və əslində, bu bəyanatı pozmaq üçün müəyyən qarışıqlıq yaratmağa çalışırlar.

“Bunun, ilk növbədə, Ermənistan tərəfi üçün nə qədər məhvedici ola biləcəyini Vladimir Vladimiroviç də öz müsahibələrinin birində qeyd edib. Ondan soruşublar ki, Ermənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq, o deyib ki, bu, intihara bərabər olacaq. Bu, həqiqətən belədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, regionun gələcəyi çox cəhətdən Ermənistan rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından asılı olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Əməkdar artist futbol azarkeşi imiş

Əməkdar artist futbol azarkeşi imiş

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

End of content

No more pages to load

RADİO