Gələn ilin qeyri-iş günləri açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə  2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Bizim.Media bildirir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə,  2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8  mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

13,14 may – Ramazan  bayramı;

28 may – Respublika günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş  günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

20,21 iyul - Qurban bayramı;

8 noyabr – Azərbaycan Respublikasının Zəfər günü;                                                 

9  noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü

31 dekabr – Dünya azərbaycanlılarının  həmrəyliyi günü.

2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində  25 mart, 10 may tarixləri istirahət günləridir.

2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.  Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2021-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışanlar üçün 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Əməkdar artist futbol azarkeşi imiş

Əməkdar artist futbol azarkeşi imiş

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

End of content

No more pages to load

RADİO