“Meyvəli” bazarı bayram günləri də satış həyata keçirəcək. Lakin sıxlığın yaranmaması üçün müəyyən məhdudiyyətlər olacaq.
Bunu Bizim.Media-ya açıqlamasında Meyvəli bazarın əməkdaşı Zakir Əmirov bildirib.
- Bizdə açıq hava şəraiti olmasına baxmayaraq, bazara daxil olan hər bir vətəndaşdan sərt karantin rejiminin tələblərinə əməl etməyi rica edirik.
Bazarlığa gələrkən mütləq sosial məsafə saxlayıb, tibbi maskalardan istifadə etsinlər. Bu qaydalara əsasən açıq havada, bayram günlərində ölkə ərazisində topdansatışımızı həyata keçirəcəyik. Topdansatışda əsasən böyük marketlər bizdən tədarük edirlər.
Müəssisənin təmsilçisi onu da qeyd etdi ki, ayrı-ayrı şəxslərin də bazardan alver etməsi qadağan deyil. Əsas məsələ karantin qaydalarına ciddi əməl etməkdir.
Gülşanə Mustafayeva, Bizim.Media