Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri Sevinc Ələsgərova və Rəşad İsgəndərov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.
Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.
Faktlarla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb,faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media