Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında söylədiyi şeri paylaşaraq, onu dəstəkləyib.
Bizim.Media xəbər verir ki, o, şeiri öz tvitter səhifəsində bir daha paylaşaraq İran siyasətçilərinə səslənib:
"Bu şeirdə səhv olan nədir? Ermənistana açıq dəstək verənlər bizə nə anladırlar? Arazı ayırdılar, hətta qopardılar!".
Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğanın Bakıdakı Zəfər Paradında Araz çayına bayatı səsləndirməsi İran rəsmiləri tərəfindən xoş qarşılanmayıb və Türkiyə tərəfə sərt ifadələr səsləndiriblər.
Bizim.Media
