Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Bizim.Media-nın məlumatına görə, nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Mehriban Vəliyeva akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
Bizim.Media