Erməni meyitlərini təhqir edən hərbçilərimiz həbs edildi

Müharibənin törətdiyi ağır psixoloji durumun təsiri altında bəzi hərbi qulluqçular tərəfindən düşmənə qarşı mübarizənin metod və üsullarının dərk edilməsində yanılmalar Silahlı Qüvvələrin göstərdikləri rəşadət və əzmə, eləcə də, əldə olunmuş qələbəyə kölgə sala biləcək qanunsuz hərəkətlər törədilməsinə gətirib çıxarıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun yaydığı açıqlamada deyilir.

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb:

“Əvvəllər bu barədə mətbuata verilmiş məlumata əlavə olaraq bildiririk ki, qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və  245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət)  maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə,  etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunub.

R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda sosial mediada yayılmış digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TÜRKPA Türkiyə bayrağının yandırılmasını QINADI

TÜRKPA Türkiyə bayrağının yandırılmasını QINADI

ABŞ edam üsullarında QAYDANI DƏYİŞDİ: Artıq güllələnmə də olacaq

ABŞ edam üsullarında QAYDANI DƏYİŞDİ: Artıq güllələnmə də olacaq

Noyer “Bavariya”da qalacaq

Noyer “Bavariya”da qalacaq

Pentaqondan İrana XƏBƏRDARLIQ: Bu, atəşkəsin pozulmasıdır...

Pentaqondan İrana XƏBƏRDARLIQ: Bu, atəşkəsin pozulmasıdır...

Tramp “erməni soyqırımı” ifadəsini İŞLƏTMƏDİ

Tramp “erməni soyqırımı” ifadəsini İŞLƏTMƏDİ

Abbas Əraqçi: "Qonşularımız bizim üçün prioritetdir" - FOTO

Abbas Əraqçi: "Qonşularımız bizim üçün prioritetdir" - FOTO

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Hikmət Hacıyev çinli nazirlə görüşdü - FOTO

Hikmət Hacıyev çinli nazirlə görüşdü - FOTO

Tramp İranla danışıqlar üçün Pakistana KİMİ GÖNDƏRİR?

Tramp İranla danışıqlar üçün Pakistana KİMİ GÖNDƏRİR?

İran ABŞ-ın "sümüklərini qırmaqla" HƏDƏLƏDİ

İran ABŞ-ın "sümüklərini qırmaqla" HƏDƏLƏDİ

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Bakı Təşəbbüs Qrupu BƏYANAT YAYDI

Bakı Təşəbbüs Qrupu BƏYANAT YAYDI

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

End of content

No more pages to load

RADİO