Ağstafa rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.
Bizim.Media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunun Köçvəlili kəndində “Mitsubishi” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması haqqında məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media