Hadrutda DTX-nın antiterror əməliyyatı ilə bağlı açıqlama - RƏSMİ

10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun  Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalmışdır.

Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilmişdi. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etmişdi.

Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bütün şəraiti təmin etmişdir.

Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyü bildirmişdir.

Ümumiyyətlə, Rusiya Federasiyası sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və “itkin düşmüş”, “azmış” olduğu iddia olunan erməni hərbçilərinin ərazidən təxliyəsi üçün məsuliyyətlə və yüksək peşəkarlıqla öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir.

Həmin erməni silahlı dəstələri ərazini tərk etməmiş, əksinə döyüş mövqeləri yaratmış və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər.

Belə ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu  həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.

Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır.

Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir.

Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir.

Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçi danışıqlar üçün Pakistana səfər edəcək

Əraqçi danışıqlar üçün Pakistana səfər edəcək

Rusiya və Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ oldu

Rusiya və Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ oldu

Yandırılan Türkiyə bayrağının işığında ifşa olunan ERMƏNİ RADİKALİZMİ

Yandırılan Türkiyə bayrağının işığında ifşa olunan ERMƏNİ RADİKALİZMİ

Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!

Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!

DİQQƏT! Şagirdlərin yerdəyişməsi dayandırılır – BU TARİXDƏN

DİQQƏT! Şagirdlərin yerdəyişməsi dayandırılır – BU TARİXDƏN

“Neftçi”nin hücumçusu sağaldı – “Qarabağ”a qarşı OYNAYA BİLƏCƏK

“Neftçi”nin hücumçusu sağaldı – “Qarabağ”a qarşı OYNAYA BİLƏCƏK

Amerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTO

Amerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTO

TƏBİB-dən kadr islahatları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən kadr islahatları ilə bağlı AÇIQLAMA

Bakıda Atatürk və Antena parkları birləşdirilir – FOTO

Bakıda Atatürk və Antena parkları birləşdirilir – FOTO

Efirdə qalmaqal yaşayan Nüşabəylə Ofelya BARIŞDI: “Yanındayam...” - VİDEO

Efirdə qalmaqal yaşayan Nüşabəylə Ofelya BARIŞDI: “Yanındayam...” - VİDEO

Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri APARIR?

Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri APARIR?

“Komedixana”nın aktrisası bu tanınmış evli şəxs ilə eşq yaşayırmış – ŞOK

“Komedixana”nın aktrisası bu tanınmış evli şəxs ilə eşq yaşayırmış – ŞOK

MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”

MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”

"Neftçi"dən Elvin Cəfərquliyevin transfer xəbərinə REAKSİYA

"Neftçi"dən Elvin Cəfərquliyevin transfer xəbərinə REAKSİYA

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarıldı – QƏRAR

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarıldı – QƏRAR

Bakıda 9 mənzildən oğurluq edən şəxs həbs edildi – VİDEO

Bakıda 9 mənzildən oğurluq edən şəxs həbs edildi – VİDEO

Güclü külək əsir - FAKTİKİ HAVA

Güclü külək əsir - FAKTİKİ HAVA

"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər

"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər

Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Vüsal Aslanovdan yeni TƏYİNAT – FOTO

Vüsal Aslanovdan yeni TƏYİNAT – FOTO

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

End of content

No more pages to load

RADİO