Tağı Əhmədovun hakim oğluna rüşvət ittihamı

Bakı Metropolitenində yoxlamalar aparılması barədə yeni xəbərlər yayılıb. “Azadlıq” qəzeti yazıb ki, metrodakı ticarət və reklamdan gələn gəlirlərin araşdırılması zamanı keçmiş rəis Tağı Əhmədovun maxinasiyalara yol verdiyi üzə çıxıb. İddiaya görə, Tağı Əhmədovun məsuliyyətə cəlb olunması üçün ciddi əsaslar yaranıb. Lakin keçmiş rəisin həbs olunub-olunmayacağı barədə qərar yoxlamalar başa çatandan sonra veriləcək.

Məlumatda o da deyilir ki, metropolitendə əsasən Tağı Əhmədovun qohumları və yaxın adamları çalışır. Yoxlamalarla paralel onların işdən çıxarılması prosesi də gedir. Tağı Əhmədovun yaxın qohumu olan rəisi müavini Arif Rəsulov işdən çıxarılıb.
Bu iddialara aydınlıq gətirmək üçün“Yeni Müsavat” T.Əhmədovla əlaqə saxlayıb. Keçmiş rəis  qısa şəkildə “Məni heç nə eşitmək istəmirəm, kim nə yazır yazsın. Məni qətiyyən maraqlandırmır. Bu barədə heç nə bilmək də istəmirəm, vəssalam” deyərək telefonu qapatdı.
“Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı”. Bunu isə axar.az-a Metropolitenin sözçüsü Nəsimi Paşayev T.Əhmədovla bağlı yayılan korrupsiya hallarından danışarkən deyib. N.Paşayev bildirib ki, deyilənlər açıq-aydın şişirdilib: “Metropolitenin nə qədər işçisi var ki, min nəfər də əlavə olaraq yazılsın?
Əslində bizim burda hər hansı bir açıqlama verməyimizə ehtiyac yoxdur. Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı. Təbii ki, nöqsanlar var. Amma metropoliten rəhbərliyinin bu barədə hər hansı açıqlama verməsindən xəbərim yoxdur".
Xatırladaq ki, Bakı Metropolitenin yeni rəisi Zaur Hüseynov sələfi Tağı Əhmədovu keçirdiyi iclasda ağır ittiham edib. O, T.Əhmədovun dövründə ciddi nöqsanların olduğunu bildirib. Yeni rəisin sözlərinə görə, 1000-dən çox “ölü can”a qeyri-qanuni maaş yazılıb. Hətta bu adamların içində doğrudan da həyatını itirmiş şəxslər var.
Daha bir maralı xəbər isə T.Əhmədovun oğlu barədədir.
Məlumata görə, Qarabağ əlilləri Xətai Rayon Məhkəməsinin və Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.
“Azerfax”a bu barədə Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov məlumat verib. F.Məmmədov deyib ki, onları bu aksiyanı keçirməyə vadar edən Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovun oğlu Rauf Əhmədovdur.
Təşkilat sədrinin sözlərinə görə, Xətai Rayon Məhkəməsinin hakimi olan R.Əhmədov Qarabağ əlili Bəxtiyar Kazımovu aldadaraq külli miqdarda pulunu mənimsəyib: “Bəxtiyar Kazımov bizim təşkilata müraciət edib. Döyüşçü yoldaşımız müraciətində bildirir ki, "İnşaatçılar" metrosunda kiçik ticarətlə məşğul olurmuş. Tağının oğlunun pul yığanları köşklər yığışdırılmamışdan bir müddət əvvəl ondan 22 min manat pul alıblar. Metro ticarətinə həmin Rauf Əhmədov rəhbərlik edir. Adamlarını göndərir ticarətçilərdən pul yığırlar. Pul yığımı heç bir qayda ilə tənzimlənmir. Bəxtiyardan 22 min alanda deyiblər ki, bundan sonra da rahat şəkildə ticarətini davam etdirəcək. Bəxtiyar da 4 bankdan kredit götürüb, tələb olunan məbləği ödəyib ki, işləyib qaytaracaq. Bununla yanaşı hər ay 800-900 manat yer haqqı da verib".
F.Məmmədov deyib ki, döyüş yoldaşı acınacaqlı durumdadır. Banklar kreditin faizini hesablamağa başlayıb. B.Kazımovun adına hər saat faiz cərimələri yazılır. Belə getsə, daha bir Qarabağ əlili intihar etməyə məcbur olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır

Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır

Yayda hamının etdiyi səhv - Hovuzdan sonra bu təhlükə artır

Yayda hamının etdiyi səhv - Hovuzdan sonra bu təhlükə artır

Dərini səssizcə qocaldan 7 vərdiş:Hər gün fərqinə varmadan edirik

Dərini səssizcə qocaldan 7 vərdiş:Hər gün fərqinə varmadan edirik

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır -FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır -FAKTİKİ HAVA

Kolleclərə qəbul imtahanının nəticələri AÇIQLANDI

Kolleclərə qəbul imtahanının nəticələri AÇIQLANDI

Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI

Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI

69 yaşlı qadını “sevgili olmaq” adı ilə iki dəfə ALDATDILAR

69 yaşlı qadını “sevgili olmaq” adı ilə iki dəfə ALDATDILAR

Sosial müavinət və təqaüdlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial müavinət və təqaüdlərlə bağlı RƏSMİ MƏLUMAT

Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar

Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar

Çində ticarət mərkəzinin tavanı uçdu – ANBAAN VİDEO

Çində ticarət mərkəzinin tavanı uçdu – ANBAAN VİDEO

Bölgələrdə yanğına səbəb olan 5 nəfər SAXLANILDI – FOTO

Bölgələrdə yanğına səbəb olan 5 nəfər SAXLANILDI – FOTO

Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

Ermənistanda İranın HHM sistemləri yerləşdirilib – VİDEO

Ermənistanda İranın HHM sistemləri yerləşdirilib – VİDEO

Ən çox bahalaşan əmlak növü bu olacaq — Açıqlama

Ən çox bahalaşan əmlak növü bu olacaq — Açıqlama

Azərbaycan XİN Pakistanı təbrik etdi – FOTO

Azərbaycan XİN Pakistanı təbrik etdi – FOTO

Ən çox iş yeri dəyişən peşə sahibləri bəlli oldu – SİYAHI

Ən çox iş yeri dəyişən peşə sahibləri bəlli oldu – SİYAHI

Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı

Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakıda havanın isti keçməsinin qəribə səbəbi – Gözümüzün önündə imiş

Bakıda havanın isti keçməsinin qəribə səbəbi – Gözümüzün önündə imiş

Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”– VİDEO

Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”– VİDEO

Azərbaycanda bu kəndlə əlaqə kəsildi – FOTO

Azərbaycanda bu kəndlə əlaqə kəsildi – FOTO

İnstaqram 10 il sonra loqosunu dəyişdi, lağa qoyuldu

İnstaqram 10 il sonra loqosunu dəyişdi, lağa qoyuldu

Çörək və yumurta deyil:Sulu kotlet üçün qiyməyə əlavə ediləcək 5 dadlı məhsul

Çörək və yumurta deyil:Sulu kotlet üçün qiyməyə əlavə ediləcək 5 dadlı məhsul

End of content

No more pages to load

RADİO