Məşhur fotoqraf Ağdam teatrının qarşısındakı heykəlin aqibətindən yazdı.
Dünya şöhrətli fotoqraf Reza Deqati işğaldan azad edilmiş Ağdam şəhərindən yeni foto paylaşıb.
Bizim.Media xəbər verir ki, fotoqraf sosial media hesabında paylaşdığı fotoya belə şərh əlavə edib:
“Bu heykəli əvvəl olduğu yerdən - Ağdamdakı teatr binasının qarşısından təxminən bir kilometr uzaqda tapdım. Erməni işğalçıları tərəfindən məhv edilmiş heykəlin qalıqları şəhər boyu səpələnib. Heykəlin başını tapa bilmədim”.
Bizim.Media