Türkiyənin Azərbaycandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat paylaşılıb.
"Bu gün səfirliyimizdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi".
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü yolunda şəhid olan Vətən müharibəsi qəhrəmanlarının xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
Bizim.Media