Qənirə Paşayeva şəhid Osman Manafovdan yazdı

Millət vəkili Qənirə Paşayeva şəhid Osman Manafov haqqında məqalə yazıb.

Bizim.Media həmən yazını sizə təqdim edir:

Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün….

Səninlə qürur duyuruq qəhrəman qardaşımız şəhid Osman Manafov!

Azərbaycan Böyük Vətən Müharibəsinin şəhidi Osman Natiq oğlu Manafov

24 oktyabr 1991-ci ildə Suraxanıda doğulub. XI sinfədək Bakı şəhərindəki Rixard Zorge adına 90 saylı məktəbdə oxuyub; məktəbin ictimai işlərində fəal iştirak edib, müəllimlərin, məktəb yoldaşlarının sevimlisi olub.

Osman məktəb illərində idmana böyük maraq göstərib, daha çox əlbəyaxa döyüş növləri ilə məşğul olub, müxtəlif yarışlara çıxıb, fəxri yerlər tutub. Ali təhsilini Gürcüstanda alan Osman, 2014-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib. Gənc Osman 2016-cı ilin aprel döyüşlərində iştirak edib.

Osman Azərbaycan Böyük Vətən Müharibəsi başlayan gündən könüllü olaraq yenidən döyüşlərə atılıb. O, öz canını torpaqlarımızın işğaldan azad edilməsi, müqəddəs bayrağımızın Qarabağda dalğalanması üçün, əcdadımızın ruhunun şad olması üçün qurban edib.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi xidmətləri olub şəhid Osmanın. Osman hərbi xidmətdə daim fəal olub, komandirlərin, rəislərin əmr və tapşırıqlarını məsuliyyətlə yerinə yetirib. O, şəhadət şərbətini Qubadlı uğrunda gedən döyüşlərdə içib.

Osman anası ilə axırıncı dəfə 20 oktyabrda danışıb. Həmişə olduğu kimi, yenə “Məndən narahat olmayın. Hər şey yaxşıdır. Özünüzdən muğayət olun” deyib...

Şəhidimizin bir oğul balası yadigar qalıb.

Osman 27 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub; Bakının Bül-Bülə qəbirstanlığında torpağa tapşırılıb.

Ustad Hüseyn Nihal Atsız necə deyirdi? – “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”..!

Vətən sağ olsun! Vətənin sağ olması üçün, ərazi bütövlüyümüzün bərpası üçün, bayrağımızı əbədi ucalıq qazanması üçün – Azərbaycanımızın canlanması üçün can verən Şəhidlərimizin ruhuna ehtiraımız əbədidir.   

Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət Komitəsinin Sədri

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mələkxanım Eyubova həyat yoldaşı ilə - FOTO

Mələkxanım Eyubova həyat yoldaşı ilə - FOTO

Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci HƏBS ETDİ

Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci HƏBS ETDİ

Avtomobil sürənlərin DİQQƏTİNƏ!

Avtomobil sürənlərin DİQQƏTİNƏ!

İrana müharibədə nə qədər ziyan dəyib? – QİYMƏTLƏNDİRMƏ

İrana müharibədə nə qədər ziyan dəyib? – QİYMƏTLƏNDİRMƏ

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

End of content

No more pages to load

RADİO