"Qələbəyə həsr olunmuş musiqilər yaranacaq"- Bəstəkarlar İttifaqı

Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsinə həsr olunmuş yeni musiqi əsərləri yaranacaq.

Mədəiniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, dekabrın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında bu mövzuya həsr olunmuş dəyirmi masa keçirilib.bildirilib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə iştirak edib. 

Dəyirmi masada çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə həmkarlarını təbrik edib, şəhidlərin müqəddəs ruhları qarşısında baş əyərək, yaralı əsgər və zabitlərimizə şəfalar diləyib. 

F.Əlizadə qeyd edib ki, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə bəstəkarlarımız tərəfindən Azərbaycan xalqının milli azadlıq mübarizəsini, tariximizin faciəvi səhifələrini əks etdirən müxtəlif janrlı musiqi əsərləri yaradılıb. Onların sırasında Vasif Adıgözəlovun “Natəvan” operası, “Qarabağ şikəstəsi” oratoriyası, Məmməd Quliyevin Xocalı faciəsinə həsr olunmuş “Rekviyem”, Azər Rzayevin “Bakı – 90” simfoniyası, Tofiq Bakıxanovun “Qarabağ harayı” 7 saylı simfoniyasını xüsusi qeyd etmək lazımdır. Vurğulanıb ki, həmişə olduğu kimi, bu gün də Azərbaycan bəstəkarları öz qələmini yerə qoymayıb, xalqımızın bu böyük bayramını əks etdirən yeni əsərlər üzərində çalışacaqlar. 

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, şanlı Ordumuzun bu zəfəri eyni zamanda bütün türk dünyası üçün, bütün müsəlman aləmi üçün böyük mahiyyət kəsb edir. İncəsənətin rəsm, musiqi, heykəltəraşlıq və s. sahələrində fəaliyyət göstərən yaradıcı insanlar öz əsərlərində daima xalqın qəhrəmanlarını vəsf edən sənət nümunələri yaradıblar. Məsələn, Firəngiz Əlizadənin “İntizar” operasında öz təzahürünü tapan böyük xilaskar obrazı bugünkü qələbənin carçısıdır.

Vaqif Əliyev qeyd edib ki, Vətən müharibəsində tarixi Qələbənin qəhrəmanları haqqında da müxtəlif janrlı əsərlər yaranacaq: "Biz bəstəkarlarımızdan Azərbaycan musiqisini dünya miqyasında təmsil edə biləcək yeni möhtəşəm, iri həcmli musiqi əsərləri gözləyirik".

Müzakirələrdə iştirak edən bəstəkarlar – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, Xalq artistləri Azər Dadaşov, Sərdar Fərəcov, Vasif Allahverdiyev, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, bəstəkarlar İlham Azmanlı və Fərid Fətullayev öz fikirlərini bölüşüb, yeni yaradıcılıq ideyaları haqqında fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

End of content

No more pages to load

RADİO