Moderator.az parlamentdə deputatlar tərfindən qaldırılan ciddi problemlərin ictimailəşdirilməsi üçün həmin çıxışları sinxron şəkildə təqdim edən tək informasiya portalı kimi millətə xidməti özünün mənəvi borcu hesab edir. Odur ki, oxucular hər zaman parlamentin təxmini stenoqramıyla buradan tanış ola bilərlər...
Bu dəfə millət vəkili Qənirə Paşayeva
paytaxtadkı yeni tikililər üçün “Qordi düyünü”nə çevrilmiş qazla əminat məsələsinə
toxunub və spiker Oqtay Əsədovdan, zalda əyləşən deputat həmkarı, SOKAR
prezidenti Rövnəq Abdullayevdən dəstək istəyib. Qənirə xanımın çıxışını təqdim
edirik:
“Yeni tikilən yaşayış binalarında insanların
qazla təminatında yaranmış ciddi sıxıntıyla bağlı fikir mübadiləsindən sonra
insanlar bizə çoxsaylı müraciətlər edərək parlamentdən də xahiş edirlər ki, bu
məsələ ilə də bağlı öz dəstəklərini göstərsinlər. Sakinlər deyir ki, bu tək
bizim günahımız deyil. Bizə həmin binalara köçməyə icazə verilib ki, köçüb
yaşamışıq. Amma həmin binalarda su və elektrik təminatı var. Mən dəqiq bilmirəm
ki, bu təminatlar da nə dərəcədə qanunidir, yəni tam təhvil verilməyən binada
elektrik və su xətləri verilir. Sakinlər deyirlər ki, MTK rəhbərləri onları “yaxın
vaxtlarda qaz da veriləcək” deyərək aldadıblar. Qazla təminatın olmaması da həmin
sakinlərin büdcələri üçün çox ciddi problem yaradır. Onlar mənzillərinin
qızdırlamasıyla bağlı çox ciddi sıxıntılar çəkirlər. Çox yaxşı olardı ki, biz
bu qurumları parlamentə çağıraq və binalara baxış keçirilsin. Əgər ciddi
problemlər yoxdursa, onların təhvil alınması prosesi sürətləndirisin ki, “Azəriqaz”
da həmin binaları qazla təmin etsin. Məsələnin ikinci tərəfi də ondan ibarətdir
ki, biz bu məsələyə yəqin ki, daha sərt mexanizmlərlə yanaşmalıyıq ki, bina tikən
insanlar onu təhvil vermədən insanların köçürülməsinə icazə verməklə nə qədər
böyük problemlərin əsasını qoymuş olurlar. Elə şirkətlər var ki, bir binanı tam
təhvil vermədən insanları ora köçürüb problem məngənəsinə salırlar, ancaq heç
bir şey olmayıbmış kimi yeni bianının tikinisinə başlayırlar. Sonradan ora da
insanları köçürürlər. Yəni bina tam təhvil verilmədən ikincini- üçüncünü də tikə
bilirlər. Məncə həmin şirkətlər də məsuliyyət daşımalıdırlar ki, həmin binalar
istismara verilmədən insanların yaşaması sonradan ciddi problemlər yaradır, ona
görə də onların yeni binalara tikməsinə də ciddi yanaşmaq lazımdır. Hesab edirəm
ki, parlament əlindən gələni edərək bu insanların qazla probleminin öz həllini
tapmasına kömək etməlidir.