Yeni dərsliklər Sinqapur modelində olacaq

Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verilir. Belə ki, bununla bağlı dünyanın bir çox ölkələrinin riyaziyyat fənni üzrə standartlarını və dərsliklərini uğurla təkmilləşdirmiş Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanıb.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Marşal Kavendiş İnstitutu və Təhsil İnstitutu tərəfindən birgə icra olunacaq layihənin birinci mərhələsində azərbaycanlı fənn mütəxəssisləri sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramının nəzərdən keçirilməsi və təhlili üçün distant təlimlərdə iştirak edəcəklər.

Əlavə olaraq, yerli mütəxəssislər riyaziyyat fənni üzrə ölkədə tətbiq olunan təlim və tədris materiallarının təhlili istiqamətində də təlimləndiriləcəklər.

Növbəti mərhələlərdə sinqapurlu mütəxəssislərin tövsiyəsi əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil etdikdən sonra müasir dövrün tələblərini və beynəlxalq təcrübələri nəzərə alaraq, riyaziyyat fənni üzrə təhsil proqramında və dərsliklərdə təkmilləşdirmə işləri aparacaqlar.

Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I–IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq.

Qeyd edək ki, 14 yaşlı sinqapurlu şagirdlər ortalama 621 bal toplayaraq Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il nəticələrinə əsasən riyaziyyat fənni üzrə 57 ölkədən olan 600 000 şagird arasında I yeri tutublar.

Həmçinin Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən riyaziyyat fənni üzrə blokda Sinqapurun 15 yaşlı şagirdləri ortalama 569 ballıq uğurlu nəticə göstərərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında 2-ci yerə sahib olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda bəzi yollar bu gecədən BAĞLANACAQ

Bakıda bəzi yollar bu gecədən BAĞLANACAQ

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Bakıda sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

Bakıda sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

BARAT YUSUBOV vəzifəsindən azad ediləndən sonra MÜAVİNİ də ərizəsini yazdı

BARAT YUSUBOV vəzifəsindən azad ediləndən sonra MÜAVİNİ də ərizəsini yazdı

Şəhid Azər Mühübəli oğlu Burziyevin anım günüdür - FOTO

Şəhid Azər Mühübəli oğlu Burziyevin anım günüdür - FOTO

İran Trampın hədəfdə olduğu VİDEO yaydı

İran Trampın hədəfdə olduğu VİDEO yaydı

Hərbi xidmətdən yayınmaya görə CƏZALARA yenidən baxılacaq

Hərbi xidmətdən yayınmaya görə CƏZALARA yenidən baxılacaq

Xəzər dənizinə NAMƏLUM OBYEKT düşdü

Xəzər dənizinə NAMƏLUM OBYEKT düşdü

Bakıda hərbi hüquqşünaslarının işgüzar görüşü keçirildi - FOTO

Bakıda hərbi hüquqşünaslarının işgüzar görüşü keçirildi - FOTO

Mehriban Xanlarova: “Altı-yeddi aydır işsizəm, dostlarım məni darda qoymur” - EKSKLÜZİV

Mehriban Xanlarova: “Altı-yeddi aydır işsizəm, dostlarım məni darda qoymur” - EKSKLÜZİV

Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı – HƏBS edilən var

Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı – HƏBS edilən var

Türkiyənin Ağrı vilayətində zəlzələ oldu - FOTO

Türkiyənin Ağrı vilayətində zəlzələ oldu - FOTO

Səkinə Sadıxova da İŞDƏN ÇIXARILDI

Səkinə Sadıxova da İŞDƏN ÇIXARILDI

Tatlıses vəsiyyətini AÇIQLADI: “Bütün sərvətimi dövlətə bağışladım” - VİDEO

Tatlıses vəsiyyətini AÇIQLADI: “Bütün sərvətimi dövlətə bağışladım” - VİDEO

Kürdə suyun səviyyəsi ARTIR: Aidiyyatı qurumlardan AÇIQLAMA - FOTO

Kürdə suyun səviyyəsi ARTIR: Aidiyyatı qurumlardan AÇIQLAMA - FOTO

"YAŞAT" Fondu şəhid Hikmət Həsənovun ailəsinə dəstək göstərdi

"YAŞAT" Fondu şəhid Hikmət Həsənovun ailəsinə dəstək göstərdi

Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI

Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI

Cinayətin izini itirmək üçün gör, meyiti harda gizlətdilər - BİRGƏ MƏLUMAT

Cinayətin izini itirmək üçün gör, meyiti harda gizlətdilər - BİRGƏ MƏLUMAT

Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı

Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı

Azərbaycan XİN-dən ELAN: Bu imkandan yararlanın! - FOTO

Azərbaycan XİN-dən ELAN: Bu imkandan yararlanın! - FOTO

Evlilik xəbəri yayıb, izləyicilərini aldadan Hüseyn “gəlin”in kimliyini AÇIQLADI - VİDEO

Evlilik xəbəri yayıb, izləyicilərini aldadan Hüseyn “gəlin”in kimliyini AÇIQLADI - VİDEO

Latviya prezidentindən Azərbaycanla Aİ arasında vizasız rejimə REAKSİYA

Latviya prezidentindən Azərbaycanla Aİ arasında vizasız rejimə REAKSİYA

End of content

No more pages to load

RADİO