BDU-dan xaric edilən tələbə Pərviz Məhəmmədov universitetə bərpa olunub

Noyabrın 30-da Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Universitetdən APA-ya bildirilib ki, iclasda BDU-dan xaric edilmiş Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq bu ali təhsil müəssisəsinin rektorunun müvafiq əmri ilə yaradılmış Komissiyanın qərarı da müzakirə edilib. Komissiya öz qərarında bildirib ki, BDU Mexanika-riyaziyyat fakültəsinin birinci kurs, dövlət hesabına əyani formada təhsil alan tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olub, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar edib.

Edilən xəbərdarlıqlara baxmayaraq Məhəmmədov Pərviz Əlipənah oğlu 23 noyabr 2020-ci il tarixində onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozub, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər edib. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Məhəmmədov Pərviz Əlipənah oğlu Universitet tələbələri sırasından xaric olunub.

Bir müddət sonra Məhəmmədov Pərviz Əlipənah oğlu ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu bildirib və bağışlanmasını xahiş edib. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edirək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, Universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bildirib.

O, bundan sonra Universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş edib.

Komissiya məsələni yenidən araşdırıb, tələbənin Azərbaycan Bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Məhəmmədov Pərviz Əlipənah oğlunun Universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış edib.

Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılıbr. Şura üzvləri məsələni geniş müzakirə etmiş və Komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab edib.

Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb.

Bütün fakültə rəhbərliklərinə pandemiya şəraitində tədrisin onlayn formada aparılmasına baxmayaraq tələbələrlə və tələbə təşkilatları ilə sıx işləmək, tələbələr arasında daxili nizam-intizam qaydalarına riayət olunması haqqında mütəmadi işlərin gücləndirilməsi tapşırılıb. Bir daha vurğulanıb ki, Azərbaycan Respublikasının dövlət rəmzləri olan dövlət bayrağı, dövlət gerbi və dövlət himninə hörmət etmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evlilik xəbəri yayıb, izləyicilərini aldadan Hüseyn “gəlin”in kimliyini AÇIQLADI - VİDEO

Evlilik xəbəri yayıb, izləyicilərini aldadan Hüseyn “gəlin”in kimliyini AÇIQLADI - VİDEO

Latviya prezidentindən Azərbaycanla Aİ arasında vizasız rejimə REAKSİYA

Latviya prezidentindən Azərbaycanla Aİ arasında vizasız rejimə REAKSİYA

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə DƏVƏT ETDİ

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə DƏVƏT ETDİ

Serj Sarkisyanın qardaşı qızının səhmləri və bank əmanətləri müsadirə olunacaq

Serj Sarkisyanın qardaşı qızının səhmləri və bank əmanətləri müsadirə olunacaq

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı VƏFAT ETDİ

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı VƏFAT ETDİ

Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bu oliqarx 19 il həbsdə qalacaq - 1 milyard dollar QALMAQALI

Bu oliqarx 19 il həbsdə qalacaq - 1 milyard dollar QALMAQALI

Bakıda məktəbin qarşısında İNSİDENT: Valideynlərdən biri digərini BIÇAQLADI - VİDEO

Bakıda məktəbin qarşısında İNSİDENT: Valideynlərdən biri digərini BIÇAQLADI - VİDEO

Polşa XİN başçısı Kanye Uesti faşist adlandırdı – VİDEO

Polşa XİN başçısı Kanye Uesti faşist adlandırdı – VİDEO

“Bakı Metropoliteni” əvvəlki qrafikinə BU TARİXDƏ qayıdacaq

“Bakı Metropoliteni” əvvəlki qrafikinə BU TARİXDƏ qayıdacaq

Ukraynalılar amerikalı hərbçilərə bu texnologiyanı öyrədirlər – Tramp əvvəllər “yox” demişdi - VİDEO

Ukraynalılar amerikalı hərbçilərə bu texnologiyanı öyrədirlər – Tramp əvvəllər “yox” demişdi - VİDEO

Məhv edilən tarix, saxtalaşdırılan İRS – Erməni vandalizminin izlərini daşıyan TARİXİ ABİDƏLƏRİMİZ

Məhv edilən tarix, saxtalaşdırılan İRS – Erməni vandalizminin izlərini daşıyan TARİXİ ABİDƏLƏRİMİZ

SON DƏQİQƏ: ABŞ vətəndaşlarını İrandan Azərbaycan üzərindən təcili çıxmağa çağırdı - FOTO

SON DƏQİQƏ: ABŞ vətəndaşlarını İrandan Azərbaycan üzərindən təcili çıxmağa çağırdı - FOTO

Qələmşah Dostuyev vəzifəsindən AZAD EDİLDİ

Qələmşah Dostuyev vəzifəsindən AZAD EDİLDİ

Suma Azərbaycanda hansı kluba KEÇƏCƏK?

Suma Azərbaycanda hansı kluba KEÇƏCƏK?

Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları AŞKARLADI – RƏSMİ

Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları AŞKARLADI – RƏSMİ

25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL

25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL

Rusiya vətəndaşına Bakıda HÖKM OXUNDU - Qumar saytları ilə insanları aldadıb

Rusiya vətəndaşına Bakıda HÖKM OXUNDU - Qumar saytları ilə insanları aldadıb

Sərnişinlərin DİQQƏTİNƏ! Bu istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxıldı

Sərnişinlərin DİQQƏTİNƏ! Bu istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxıldı

Süni intellekt vasitəsilə “insan yaratdı” və xeyli pul qazandı

Süni intellekt vasitəsilə “insan yaratdı” və xeyli pul qazandı

Rusiyadan Macarıstana neft nəqli bərpa olundu

Rusiyadan Macarıstana neft nəqli bərpa olundu

Azərbaycan XİN-dən İsrailə TƏBRİK – FOTO

Azərbaycan XİN-dən İsrailə TƏBRİK – FOTO

NATO baş katibi ilə Ərdoğan arasında QAPALI GÖRÜŞ

NATO baş katibi ilə Ərdoğan arasında QAPALI GÖRÜŞ

ABŞ NATO-da İran müharibəsini dəstəkləməyən ölkələrin “qara siyahısını” hazırladı

ABŞ NATO-da İran müharibəsini dəstəkləməyən ölkələrin “qara siyahısını” hazırladı

End of content

No more pages to load

RADİO