Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının 5 vətəndaşı Füzuli rayonunun işğaldan azad olunan Aşağı Seyidəhmədli kəndi ərazisində avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.
Bizim.Media xəbər verir ki, dünyasını dəyişənlərdən Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorudur.
Hadisə zamanı avtomobildə onunla birgə atası- Hacıyev Şakir Məhərrəm oğlu və digər qohumları da həlak olub.
Allah rəhmət eləsin!
Xatırladaq ki, bu gün – 28 noyabr tarixində Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.
Bizim.Media