Tarif Şurasının dünənki qərarına cəmiyyətin bütün spektrlərindən təpkilər artmaqdadır. Musavat başqanı İsa Qəmbər artım qərarından dərhal sonra kütləvi aksiyalara başlanılmasını təklif edib.
VHP icra aparatının rəhbəri Samir Əsədli də fərqli
düşünmür:
“Hesab edirəm ki, düzgün mövqedir. Bu günkü qiymət artımı da buna təkan verməlidir. Vətəndaş öz etirazını ifadə etməlidir. Ancaq etiraf etməliyik ki, bu etriaz baş verənlərə adekvat deyil və
görünən odur ki, cəmiyyət hələ nəyin baş verdiyini sonadək anlamaqda çətinlik
çəkiur. Görünür, vətəndaş qəflət yuxusundadır. İnsanlar qorxurlar etiraz etməyə,
onları ele hala salıblar ki, hər kəs öz başının hayındadır. Qorxur etiraz etməyə.
Amma unudurlar ki, bu millət ayağa qalxanda da sel kimi qarşısına çıxanı aparır