Ziya Məmmədov Rusiya ilə əməkdaşlığı kəsdi

Moskvadakı mənbə: “Azərbaycan tərəfi dəmir yol qatarlarının yenilənməsi layihəsində “Vneştorqbank”la kredit danışıqlarını dayandırıb”

 Rusiyanın  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Azərbaycan bazarına çıxmaq səyləri nəticəsiz qalıb.

Virtualaz.org saytı ABC agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Azərbaycan dəmir yollarının vaqon və lokomotiv parkının yenilənməsi layihəsində iştirakına dair danışıqlar dayandırılıb.

Moskvadakı mənbələrdən bildirildiyinə görə, Rusiya “Azərbaycan Dəmir Yolları” üçün yeni lokomotiv və vaqonların alınmasını “Vneştorqbank” ın ayırdığı güzəştli kreditlər hesabına maliyyələşdirməyi, habelə köhnə lokomotiv və vaqonların Rusiya müəssisələrində təmirini təklif etmişdi.

“Lakin bu gün aydındır ki, belə sövdələşmə olmayacaq. Azərbaycan lokomotivləri başqa ölkələrdə təmir etdirir və yenilərini Rusiya müəssisələrindən almağa hazırlaşmır” - deyə mənbə bildirib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ilkin ehtiyaclarını ödəmək üçün azı 12 çoxsistemli elektrovoz və 100 sərnişin vaqonlarının alınması tələb olunur. Ümumiyyətlə, müəssisəyə 50-dən artıq yeni elektrovoz lazımdır.

Xəbərdə bildirilir ki, Nəqlyyat Nazirliyinin potensial kreditorlarla bu barədə apardığı danışıqlarda dəfələrlə şərtlər dəyişib. Hazırda ən münasib təklifi Almaniyanın İnkişaf Bankı (KFW ) və Avropa İnvestisiya Bankı verib. Sövdələşmənin həcmi 400-500 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan Nəqliyyat Nazirliyi ilə Rusiya arasında münasibətlərin gərginləşməsi neçə vaxtdır hiss olunur. Rusiya elan edib ki, dekabrın 1-dən etibarən beynəlxalq gömrük tranzit sistemi TIR (Transports İnternationaux Routiers) onun ərazisində işləməyəcək. Bu sistemin qüvvəsinin dayandırılması Azərbaycandan olan yükdaşıyanlar üçün ciddi problem vəd edir.

Nəqliyyat naziri Ziya Məmmədov bu günlərdə bəyan edib ki, Rusiyanın TIR sistemindən imtina etməsi beynəlxalq konvensiyaların pozulmasıdır.

Rusiya daha əvvəl qüvvədə olan TIR kitabçlarının əvəzinə Gömrük İttifaqında öz tranzit sisteminin hazırlanması təşəbbüsü ilə çıxış edib. 

Z.Məmmədovun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik bu məsələyə aydınlıq gətirmək üçün Rusiya Nəqliyyat Nazirliyinə yazılı müraciət göndərib. Onun fikrincə, Rusiyanın qəbul etdiyi mövcud qərar beynəlxalq konvensiyanın pozulması anlamına gəlir və Rusiya bu addımı birtərəfli qaydada ata bilməz.

Həmçinin məlum olub ki, Nəqliyyat Nazirliyi İsveçrənin “Stadler Rail AG” şirkətindən 30 sərnişin vaqonunun alınması, habelə Azərbaycan ərazisində vaqonların birgə istehsalının təşkil edilməsi üçün danışıqlar aparır. Yeni vaqonlardan Bakı-Tiflis-Qars dəmiryolunda sərnişindaşıma üçün istifadə olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:24 iyunda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:24 iyunda baş vermiş TARİXİ HADİSƏLƏR

Poliklinikalarda davam edən növbə problemləri… - VİDEO

Poliklinikalarda davam edən növbə problemləri… - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

End of content

No more pages to load

RADİO