Zakir Həsənovun işdən azad etdiyi general Beydullayev danışdı

Bu yaxınlarda yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə istefaya göndərilən Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev tutduğu vəzifədən azad olunmasına münasibət bildirib.

General-mayor M.Beydullayev açıqlamasında hazırda məzuniyyətdə olduğunu söyləyib. O deyib: “Bir ay yarımlıq məzuniyyət götürmüşəm. Hələ mənə heç bir söz də deyilməyib, ancaq sərəncama çıxarılmışam. Gələcək taleyimi özüm də bilmirəm”.

Yeni müdafiə nazirinin kadr islahatlarına da toxunan M.Beydullayev bildirib ki, indi bunu zaman göstərəcək: “Mən bu barədə hələ heç bir söz deyə bilmərəm. Aydın məsələdir ki, yeni nazir təyin olunursa, yeni komanda da gəlməlidir, yeni baxış olmalıdır və sairə. Yeni kadr islahatlarını mən bu cür başa düşürəm. İndi kimi istifadə edəcəklər və ya kimi istifadə etməyəcəklərsə, bu qərarı yeni nazir özü verəcək. Hazırda mənim 60-dan çox yaşım var. Yəni, mənim təxris olunmaq vaxtım da çatıb. Qanunla mən 58 yaşımda ordudan təxris olunmalı idim, amma indi 61 yaşımın olmasına çox az qalır, ancaq ordudayam. Düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. Mən heç vaxt da narazı ola bilmərəm. Mən əmrə tabe olan adamam, mən hərbçiyəm. Mənə əmr verilirsə ki, sən filan vəzifədə işləməlisən, o zaman mən işləyirəm. İndi mənə əmr verildi ki, sən sərəncamdasan. Mən də sərəncamdayam. Dedilər ki, sən təxris olunacaqsan, indi mən təxris olmağa hazıram. Mən hərbçiyəm, məni belə öyrədiblər. Bir daha öz mövqeyimi bildirəm ki, yeni kadr islahatlarından heç vaxt narazı ola bilmərəm”.

Baş İnspeksiyasının sabiq rəisi M.Beydullayev yeni müdafiə naziri ilə münasibətləri məsələsinə də aydınlıq gətirib: “Mən yeni naziri demək olar ki, tanımıram. Onun barəsində ancaq eşitmişəm. Bizim heç bir tanışlığımız olmayıb”.

Xatırladaq ki, ordu quruculuğunda böyük xidmətləri olmuş Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev bu yaxınlarda yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Müdafiə naziri onun yerinə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrəyılovu təyin edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Bu şəxslərin maaşı ARTIRILACAQ

Bu şəxslərin maaşı ARTIRILACAQ

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Rəqsanə tanınmaz halda - FOTO

Rəqsanə tanınmaz halda - FOTO

Babək Tağıyev işdən çıxarıldı

Babək Tağıyev işdən çıxarıldı

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Uqanda Ebola epidemiyasının başa çatdığını ELAN ETDİ

Uqanda Ebola epidemiyasının başa çatdığını ELAN ETDİ

Azərbaycana ilk medalı güləşçi Ömər Salmanov qazandı

Azərbaycana ilk medalı güləşçi Ömər Salmanov qazandı

İncəsənət məktəb və mərkəzlərinə I sinfə qəbulun nəticələri AÇIQLANDI

İncəsənət məktəb və mərkəzlərinə I sinfə qəbulun nəticələri AÇIQLANDI

Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul etdi - FOTO

Ölümündən günlər sonra xəbər tutulan İNSANLAR - Nə qədər şəxs tənha şəkildə vəfat edib?

Ölümündən günlər sonra xəbər tutulan İNSANLAR - Nə qədər şəxs tənha şəkildə vəfat edib?

Oktay Kaynarca Fahriye Evceni seçdi

Oktay Kaynarca Fahriye Evceni seçdi

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

“Sabah” fransalı futbolçunu tanınmış kluba satdı

“Sabah” fransalı futbolçunu tanınmış kluba satdı

Gülben Ergenin ifadəsi alındı: “Ahbap”a göndərdiyim pullara nəzarət etməmişəm” - FOTO

Gülben Ergenin ifadəsi alındı: “Ahbap”a göndərdiyim pullara nəzarət etməmişəm” - FOTO

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

Çimərliklər su altında qaldı: Xəzər dənizinin səviyyəsi qalxdı? - VİDEO

Çimərliklər su altında qaldı: Xəzər dənizinin səviyyəsi qalxdı? - VİDEO

Bakıda maşının altına uzanan piyada saxlanıldı– VİDEO

Bakıda maşının altına uzanan piyada saxlanıldı– VİDEO

End of content

No more pages to load

RADİO