Azərbaycan
Rusiyadan 18 ədəd müasir artilleriya qurğusu alacaq. Moderator.az-ın ANS PRESS-ə
istinadən məlumatına görə,
“Kurqanmaşzavod” ilk dəfə olaraq Azərbaycanın sifarişi əsasında 2С31 “Vena”
silahının seriya buraxılışına qərar verib.
Qeyd
edək ki, 2С31 “Vena” mütəxəssislər tərəfdən ən müasir artilleriya qurğularından
biri kimi qiymətləndirilir. Rusiya istehsallı “Vena”
Artilleriya
qurğusu avtomatik olaraq kəşfiyyat müşahidələri aparmaq potensialına da
malikdir.