Şeyx müsəlmanları təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik yayıb.

Moderator.az Adalet.az-a istinadən məlumatına görə, təbrikdə deyilir: 

Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!

 

Dünya müsəlmanları üçün müqəddəs olan Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm. Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Möhtəşəmliyi və sevinci hədsiz olan bu ülvi bayram insanlara səadət və hədsiz fəxarət bəxş edir. Qoy İslam dininə sədaqətini nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.

 

Savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.

 

Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, işğal altında olan torpaqlarımızın, inşallah, tezliklə azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin. Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun böyük yolunun davamçısı İlham Əliyev həzrətlərinə Azərbaycanın daha artıq tərəqqisi naminə fəaliyyətində böyük uğurlar diləyirlər.

 

Builki Ramazan bayramı xalqımızın, dövlətimizin həyatında mühüm hadisə olan Prezident seçkilərinə hazırlıq dövrünə təsadüf edir. Əminəm ki, Azərbaycan xalqı seçkilərdə fəal iştirak edəcək və həmişə olduğu kimi müdrikliyini nümayiş etdirərək, Azərbaycanımızı tərəqqi yoluyla irəli aparana səs verəcəkdir.

 

Bir daha əziz bayram - Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirir, müqəddəs bayram günlərini qeyri-iş günü kimi təsbit etmiş dövlətimizə təşəkkürümü bildirirəm. Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMİN!

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Cəlilabadda ev yanaraq kül oldu

Cəlilabadda ev yanaraq kül oldu

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

"Şərab müharibəsi"nin qalibi o oldu

"Şərab müharibəsi"nin qalibi o oldu

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar

"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində - FOTO

İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Venesuelada ana qızını xilas edərkən həyatını itirdi - FOTO

Venesuelada ana qızını xilas edərkən həyatını itirdi - FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

End of content

No more pages to load

RADİO