“Dünən 2239 nəfər koronavirusa yoluxub, 1217 nəfər sağalıb. Yoluxmanın artması nəticəsində gündəlik ölənlərin sayı da 25 nəfərə çatır”.
Bizim.Media-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Bildirib ki, yoluxan və sağalan xəstələr arasında fərq nəticəsində gələcəkdə xəstəxanalarda yer çatışmazlığı yaşana bilər.
TƏBİB rəsmisi xəstəliklə bağlı vaksinin tətbiqi məsələsinə də toxunub:
“Hələlik koronavirusa qarşı hansısa peyvəndin hazır olmasından söhbət getmir''.
''Peyvəndin gələn ilə, gələn ilin aprelinə hazır olacağı gözlənilir”.
Bizim.Media