Bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Temperatur Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə olacaq.
Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv xarakter alacaq.
Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 3-6, gündüz 6-9, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bizim.Media