''Narahatlıq yaratmamaq üçün mümkün qədər toy məkanına daxil olmuruq" - Dövlət xidməti

Aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət monitorinq qrupları Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə nəzarət tədbirlərini davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib.

Bu, əsasən tədbirə gələn qonaqların say məhdudiyyətinin pozulması, qonaqların üzərində COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərin olmaması ilə bağlıdır. Bir sıra hallarda isə şənlik mərasimlərinin icaze.e-gov.az portalına müvafiq məlumatların düzgün daxil edilməməsi halları da qeydə alınıb. Monitorinq qruplarının məkan və toy sahibləri ilə apardığı izahat işlərindən sonra pozuntular aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.

Monitorinq qrupu şənlik mərasimləri başlamamışdan əvvəl məkanların ərazisini, stollar ətrafında və arasında məsafələri, adambaşına düşən sıxlıq normalarını, işçi heyətin müvafiq tələblərə uyğunluğu və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi vəziyyətini yoxlayır.

Tədbirin keçirildiyi zalın girişində mərasimdə iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya immunitet sertifikatına malik olması barədə təsdiqedici sənədlərə malik olması vəziyyəti yoxlanılır. Narahatlıq yaratmamaq üçün mümkün qədər toyun keçirildiyi məkana daxil olmamağa çalışılır. Lakin, əlbəttə, qoyulan tələblər kobud şəkildə pozulacağı halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istisna edilmir.

Məkan sahibləri şənlik məclislərini müvafiq portalda əvvəlcədən qeydiyyata salmalı, zalların ölçüsünə uyğun qonaq qəbul edilməsinə xüsusi diqqət yetirməlidirlər.

Bu cür tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün qonaqların say məhdudiyyəti faktorunu nəzərə almaları, məclis iştirakçılarının müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələri tövsiyə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRTUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRTUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

Bu bürclərin pul qapıları açılır

Bu bürclərin pul qapıları açılır

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

İstanbulda metro qatarı relsdən çıxdı: İnsanlar tuneldə qaldı - VİDEO

İstanbulda metro qatarı relsdən çıxdı: İnsanlar tuneldə qaldı - VİDEO

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

Dostluqları sınaqdan keçir? – VİDEO

Dostluqları sınaqdan keçir? – VİDEO

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Zelenski Lukaşenkoya bir həftə VAXT VERDİ

Zelenski Lukaşenkoya bir həftə VAXT VERDİ

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

"AİHM-in qərarı ədalətsiz və qərəzlidir" – Çingiz Əsgərovdan BƏYANAT

"AİHM-in qərarı ədalətsiz və qərəzlidir" – Çingiz Əsgərovdan BƏYANAT

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Şəmkirdə tövlədən meyit tapıldı

Şəmkirdə tövlədən meyit tapıldı

End of content

No more pages to load

RADİO