Xızıda polis əməkdaşları şəhid ailələri ilə görüşüb
Bizim.Media xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı ərəfəsində rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər. Polis işçiləri şəhid ailələrinə bayram sovqatları təqdim ediblər.
Görüşdə Silahlıq Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin hünəri, əziz xatirəsi yad olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Aytəkin Alxaslı, Bizim.Media