Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə 1961-ci il təvəllüdlü Mikayılov Mürsəl Əmirsultan oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Ona bel fəqərisinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media