Ucarda rayonunun Məmməd Əmin Rəsulzadə küçəsində yanğın baş verib.
Bizim.Media-nın məlumatına görə, 1957-ci il təvəllüdlü Aydın Əhəd oğlu Əhədova məxsus evə bitişik ümumi sahəsi 145 kv/m olan artırmada yanğın olub.
Nəticədə ev sahibinin "Mercedes" və "Hyundai" markalı avtomobil yanıb.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsininqüvvələri cəlb edilib. Yanğın söndürülüb. Fakt araşdırılır.
Bizim.Media