Yol Polisi vətəndaşlara müraciət etdi

0:00
0:00

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Bizim.Media-ya daxil olan müraciətdə deyilir:

"Hazırda yay mövsümünün olması və havaların isti keçməsi ilə əlaqədar vətəndaşların bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələri üçün əlverişli şərait yaranmışdır.

Qarşıdan gələn Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş gününün elan edilməsi şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilməsinə, televiziya, radio və sosial şəbəkələr vasitəsilə sürücülərə, piyadalara xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də yol hərəkəti qaydalarına biganə qalan, adi diqqətsizliyin, tələskənliyin böyük faciələrə səbəb ola biləcəyini nəzərə almayan vətəndaşlarımıza rast gəlinir.

Elə son günlərdə nəqliyyat vasitələrinin toqquşması və piyadaların vurulması ilə nəticələnən ağır yol qəzalarının təhlili də deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yollarda sürət həddinə riayət etməmələri, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmaları, manevretmə qaydalarını kobud şəkildə pozmaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçməmələri və ən çox da yuxulu, yaxud əzgin, yorğun halda avtomobil idarə etmələridir.

Qeyd etməliyik ki, insan tələfatı ilə nəticələnən ağır qəzaların baş verməsində piyadaların da təqsiri az deyil, xüsusilə də günün qaranlıq vaxtlarında.

Əfsuslar olsun ki, piyadaların gecə saatlarında yolu necə gəldi keçmələri, yaxınlaşan nəqliyyat vasitəsi sürücüsünün onu görüb-görməməsinin fərqinə belə varmadan yolun hərəkət hissəsinə çıxaraq hərəkət etmələri bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bayrağımızın mənasını bilmirlər" -Müğənniləri tənqid etdi

"Bayrağımızın mənasını bilmirlər" -Müğənniləri tənqid etdi

Tramp: “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” – VİDEO

Tramp: “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” – VİDEO

DİQQƏT! Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

DİQQƏT! Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Andrade də “Qarabağ”ı TƏRK ETDİ

Andrade də “Qarabağ”ı TƏRK ETDİ

İyun ayının pensiyaları ilə bağlı ŞAD XƏBƏR

İyun ayının pensiyaları ilə bağlı ŞAD XƏBƏR

Niyə Cümə günündə saç yumaq olmaz?

Niyə Cümə günündə saç yumaq olmaz?

Həmkəndlisini namus üstündə öldürdü... – Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Həmkəndlisini namus üstündə öldürdü... – Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Zabratda qəribə yol qəzası- VİDEO

Zabratda qəribə yol qəzası- VİDEO

Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini ENDİRDİ

Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini ENDİRDİ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edildi

Bakıda daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edildi

Üç yaşlı uşağı timsah qəfəsinə atan kişi AZADLIĞA BURAXILDI

Üç yaşlı uşağı timsah qəfəsinə atan kişi AZADLIĞA BURAXILDI

Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir

Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir

Tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

Tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

Kıvançdan 7 yaşlı Zayna: “Mənə yazığın gəlsin”– VİDEO

Kıvançdan 7 yaşlı Zayna: “Mənə yazığın gəlsin”– VİDEO

Kamçatka yaxınlığında 6,9 bal gücündə 16 ZƏLZƏLƏ baş verib

Kamçatka yaxınlığında 6,9 bal gücündə 16 ZƏLZƏLƏ baş verib

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar – SİYAHI

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar – SİYAHI

Şagirdlərimiz beynəlxalq olimpiadada medal qazandı - 3 gümüş, 3 bürünc – FOTO

Şagirdlərimiz beynəlxalq olimpiadada medal qazandı - 3 gümüş, 3 bürünc – FOTO

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəqədər təhsildə YENİ MODEL tətbiq ediləcək

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəqədər təhsildə YENİ MODEL tətbiq ediləcək

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Bu qidalar asılılıq yaradır

Bu qidalar asılılıq yaradır

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

End of content

No more pages to load

RADİO