Metronun "Ulduz" stansiyasında orta yaşlı bir kişi stansiya yoluna düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə apa-ya "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Hadisə saat 19.06-da olub.
Həmin an stansiyaya “Dərnəgül- Həzi Aslanov" istiqamətində hərəkət edən qatar yaxınlaşıb. Qatar dayanıb, təlimat qaydalarına uyğun olaraq gərginlik xətdən ayrılıb, sərnişin stansiya yolundan çıxarılıb.
Bizim.Media