Məcburi köçkün Ağdamda evini dron ilə tapdı - VİDEO

Xəbər verdiyimiz kimi bir qrup xarici bloqqer may ayının sonunda “Show Me Azerbaijan” layihəsi çərçivəsində ölkəmizə səfər ediblər. Səfər zamanı işğalın ağır nəticələri, Qarabağda gördükləri ilə bağlı sosial media (əsasən İnstagram) üzərindən paylaşımlar edən bloqqerlərin bir neçəsi səfər təəssüratları ilə bağlı xüsusi videolar hazırlayıb öz Youtube kanallarında paylaşmaqdadırlar. Amerikalı videobloqqer Doug Barnard işğaldan azad olunmuş ərazilərimizə səyahəti ilə bağlı hazırladığı video ilə yanaşı, son bir həftə ərzində Azərbaycan mədəniyyətini, tarixini və təbiətini əks etdirən daha bir neçə video yayımlayıb.

Bizim.Media-ya İƏT Gənclər Forumundan verilən məlumata görə, əlcəzairli videobloqqer Kuas Xubey ərəb dilində olan və bir neçə gün öncə yayımladığı videobloqda özünün çəkdiyi eksklyuziv dron görüntülərindən də istifadə edərək işğaldan azad olunmuş Ağdam şəhərində və Füzulinin Qarğabazar kəndində şahidi olduğu misilsiz dağıntıları və barbarlıqları öz izləyicilərinə təqdim edib.

Səfərdə iştirak edən məcburi köçkün Fəxrəddin Hacıyevin 28 il sonra ilk dəfə öz doğma şəhəri Ağdama qayıdışı və yerlə yeksan edilmiş evini Xubeyin idarə etdiyi dronla tapmasını Xubey izləyiciləri ilə bölüşüb və daha öncə rastlaşmadığı bir vəziyyət kimi şərh edib.

Xatırladaq ki, “Show Me Azerbaijan” layihəsi İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib və layihədə 8 ölkədən 13 sosial media fenomeni iştirak edib.

Layihənin təşkil edilməsində əsas məqsədlərdən biri azad edilmiş ərazilərimizdə mövcud olan vəziyyət, işğalın ağır nəticələri, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və vandallıqlar ilə beynəlxalq ictimaiyyəti yaxından tanış etmək olub.

Yalnız Youtube platforması üzərindən artıq yarım milyona yaxın insan yayımlanan videobloqları izləyib və bu say hər gün artmaqdadır.

Videobloqqerlərin reportajları ilə ətraflı bu linklərdən tanış olmaq olar:

//www.youtube.com/watch?v=cXYjGRDCFbM

//www.youtube.com/watch?v=x6UbMKJ6dr4&t=88s

//www.youtube.com/watch?v=wgeC608fkTA&t=1071s

//www.youtube.com/watch?v=dOmO4rkZm74


//www.youtube.com/watch?v=9L4_a9xzwGM

//www.youtube.com/watch?v=rHa8vcDwnNY&t=17s

Bizim.Media


 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

Ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Xalq artistinə AĞIR İTKİ

Xalq artistinə AĞIR İTKİ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Qızıl və Bitkoin UCUZLAŞDI

Qızıl və Bitkoin UCUZLAŞDI

Elektronika məhsulları almaq istəyənlərin NƏZƏRİNƏ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

Elektronika məhsulları almaq istəyənlərin NƏZƏRİNƏ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

End of content

No more pages to load

RADİO