GESCO mühafizə şirkəti Bakıda AVRO-2020-nin mühafizəsini uğurla təmin etdi - FOTO - VİDEO

2021-ci ildə Azərbaycanın paytaxtı ən çox gözlənilən dünya səviyyəli idman tədbirlərindən birinə - 2020-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi edən şəhərlərdən biri oldu.

Futbol üzrə Avropa çempionatının oyunları möhtəşəm bir hadisədir, çətin ki, onunla populyarlıq və miqyasına görə başqa bir hadisə müqayisə olunsun.



Qeyd edək ki, Bakının ilk dəfə qəbul etdiyi Avropa çempionatı yüksək səviyyədə keçdi ki, bu da Azərbaycanın imicinə, ölkənin dünyada tanınmasına və xarici turistlərin bura cəlb olunmasına müsbət təsir göstərdi və bundan sonra da göstərəcək.



UEFA AVRO-2020-nin dörd oyununu yüksək səviyyədə təşkil etdiyinə görə rəsmi şəkildə Azərbaycana təşəkkür etdi, eyni zamanda tədbirin böyük uğurunu qeyd etməklə yanaşı qonaqpərvər, günəşli Bakıda bu idman layihəsi üzərində işləyən hər kəsə təşəkkürünü bildirdi. AVRO-2020-nin Bakıdakı oyunlarına hazırlığın və keçirilməsinin təşkilini yaxşılaşdırmaq, eləcə də oyunlar zamanı ictimai asayişi və iştirakçıların, tamaşaçıların mühafizəsini təmin etmək işinə müxtəlif miqyaslı kütləvi tədbirlərdə çoxillik təcrübəsi olan GESCO mühafizə şirkəti cəlb edildi.
 



Razılaşın ki, futbol heç şübhəsiz ən populyar idman növüdür. Ancaq ekran qarşısında oyunları izləmək, hislərin coşduğu və bəzən gözlənilməz hadisələrin baş verə biləcəyi Bakı Olimpiya Stadionunun tribunasında olmaqdan olduqca fərqlidir. AVRO-2020 oyunlarına müəyyən sayda futbol azarkeşinin gəlməsi üçün (xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən oyunlardakı azarkeşlərin sayına məhdudiyyət qoyulmuşdu) mühafizə məsələlərinə xüsusi diqqətlə yanaşmaq lazım idi. Bu məsuliyyətli işi öz üzərinə götürən GESCO oyunlarda iştirak edən bütün tamaşaçıların mühafizəsini tam təmin etməklə yüksək koordinasiyalı peşəkar iş nümayiş etdirdi.



GESCO-nun ortaq hədəflər və ideyalar ətrafında birləşən məqsədyönlü və motivasiyalı insanlardan ibarət yüksək peşəkarlığa malik komandası, AVRO-2020 futbol oyunları zamanı hər bir tamaşaçının mühafizəsinin təmin olunmasına, onların sağlamlıqlarının qorunmasına, canlarına və mallarına olan mümkün təhdidlərin qarşısının alınmasına xüsusi diqqət yetirərək, Bakı Olimpiya Stadionu və ona bitişik ərazi üzərində tam mühafizə nəzarəti həyata keçirdi.



GESCO-nun yeni texnologiyaları və imkanları fəal şəkildə öz işinə inteqrasiya etdiyini, əldə etdiyi bilikləri beynəlxalq təcrübə və keyfiyyət standartları ilə uğurla birləşdirdiyini, bütün bunların isə mühafizə şirkətinin işini qüsursuz hala gətirdiyini xüsusi vurğulamaq lazımdır. AVRO-2020-nin təhlükəsizliyinin təmin olunması da istisna olmadı, yuxarıda qeyd olunanların hamısı praktikada uğurla tətbiq olundu.



GESCO əməkdaşları AVRO-2020 ərəfəsində Bakı küçələrində baş tutan parlaq fan-paradda olduğu kimi dörd futbol oyunu zamanı da ictimai asayişi qoruyaraq ictimai mühafizəni təmin etdilər. Mühafizə şirkəti GESCO, Bakıda keçirilən ən böyük dünya səviyyəli idman tədbirinin mühafizəsini təmin etmək üçün qarşıya qoyulmuş vəzifələrin yüksək keyfiyyətlə yerinə yetirilməsinə yönəlmiş hədəflərin öhdəsindən uğurla gəldi!



“GESCO” ASC 26 may 2005-ci ildə təsis edilib. 16 illik iş təcrübəsinə malik olan şirkət təkcə Bakıda deyil, həm də ölkənin müxtəlif bölgələrində mühafizə xidmətləri aparır. GESCO-da işçilərin peşəkarlığı, fəaliyyətləri və xidmət səviyyəsi ildən ilə artır, göstərilən xidmət isə daha etibarlı və daha keyfiyyətli olur. 2017-ci ilədək yerli, 2017-ci ildən etibarən isə xarici təcrübədən istifadə edən GESCO inkişafa, dünya praktikasına və daha keyfiyyətli xidmətlər göstərməyə can ataraq standartlaşdırma üzrə beynəlxalq təşkilatların standartlarını təqdim edir.
 

Bu gün GESCO-nun 2 400-dən çox peşəkar işçisi var. Şirkət həm yerli, həm də xarici şirkətlərlə uğurla əməkdaşlıq edir. Şirkətin rəsmi saytından bu barədə daha ətraflı öyrənə bilərsiniz.









Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

Ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Xalq artistinə AĞIR İTKİ

Xalq artistinə AĞIR İTKİ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Qızıl və Bitkoin UCUZLAŞDI

Qızıl və Bitkoin UCUZLAŞDI

End of content

No more pages to load

RADİO