Qəhrəmanlığı dastana dönən Xudayar Yusifzadənin doğum günüdür - FOTO

Bu gün Vətən müharibəsinin şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin ad günüdür.

Şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası Müslüm Yusifoğlu Bərdənin tanınan qarmon ustası olub. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra o vəfat edib.



X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. O, 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb.



2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.



Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. 



Qeyd edək ki, “Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Popkorn azmış kimi, üstünə bu zərərli qatqıları da ƏLAVƏ EDİRİK

Popkorn azmış kimi, üstünə bu zərərli qatqıları da ƏLAVƏ EDİRİK

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

End of content

No more pages to load

RADİO