Bakının Qaradağ rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, 1972-ci il təvəllüdlü Ağamaliyeva Xatirə Bulud qızı, 1960-cı il təvəllüdlü Rzayeva Məhəbbət Salman qızı və 1968-ci il təvəllüdlü Şahverdiyeva Məlahət Mətləb qızını avtomobil vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlar müxtəlif dərəcəli xəsarət alıblar.
Bizim.Media