Səfirlikdən Rusiyada yaşayan azərbaycanlılara müraciət

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib.

Bizim.Media xəbər verir ki, Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir:

“Azərbaycan Respublikasının vətəndaşlarının Rusiya Federasiyası ərazisində hüquqi vəziyyətinin tənzimlənməsi məsələsi ilə əlaqədar aşağıdakıları bildiririk.

Məlum olduğu kimi, Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli 364 nömrəli Fərmanına əsasən, xarici vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti 2021-ci ilin 30 sentyabr tarixinədək uzadılıb.

Bununla bağlı, Rusiyanın müvafiq qurumlarından daxil olmuş məlumata əsasən, xarici vətəndaş hüquqi vəziyyətini tənzimləmək üçün ən qısa müddət ərzində faktiki olduğu yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət etməlidir. Bu zaman o, Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün müddətin uzadılması haqqında əsaslandırılmış ərizə və şəxsiyyətini təsdiq edən sənədi, həmçinin Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddətinin uzadılması haqqında nişanın qoyulması məqsədi ilə miqrasiya kartını (olduğu təqdirdə) təqdim etməlidir.

Miqrasiya kartı itirildiyi və ya zədələndiyi təqdirdə, xarici vətəndaş miqrasiya kartının dublikatını almaq üçün faktiki olduğu yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət edərkən bu haqda məlumat verməlidir.

Miqrasiya kartının dublikatı verilərkən, Rusiyaya səfərin daha əvvəl elan edilmiş məqsədinin dəyişdirilməsi nəzərdə tutulmur.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya Federasiyası ərazisində hüquqi statusu tənzimlənməmiş 100 minə yaxın Azərbaycan Respublikasının vətəndaşı vardır.

Yuxarıda qeyd edilənləri diqqətə alaraq, Səfirlik hüquqi statusu tənzimlənməmiş Azərbaycan Respublikasının vətəndaşlarından Səfirliyin bu məlumatını nəzərə almağı və ən qısa müddət ərzində lazımi tədbirlər görməyi təkidlə xahiş edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

End of content

No more pages to load

RADİO