İsmayıllı rayonunun Kəlbənd kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində avtomobilin yanar hissələri və yaxınlıqda olan kol-kosdan ibarət çəpər 80 p.m yanıb.
Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Bizim.Media