Füzuli-Zəngilan dəmiryolunda 1323 mina, 14 partlamamış hərbi sursat aşkarlandı

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə və Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi qruplarının iyulun 14-də birgə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Füzuli-Zəngilan (Ağbənd) dəmir yolunun Cocuq Mərcanlı və Mehdili kəndlərinin ərazisindən keçən hissələrinin minalardan təmizlənməsi prosesi ilə tanış olublar.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin nümayəndəsi İdris İsmayılov bildirib ki, bu ərazidə ümumilikdə piyada və tank əleyhinə 1323 mina, 14 partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin minalardan təmizlənməsi üç mərhələdə aparılır.

Füzuli rayonunun işğaldan azad olunmuş hissəsinin əkinaltı torpaqlarının və çoxillik əkmələrinin yerləşmə vəziyyəti barədə məlumat verən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov bildirib ki, bu günədək 24 hektar sahə minalardan təmizlənib. Ümumilikdə 293 hektar sahənin minalardan təmizlənməsi nəzərdə tutulur.

Burada əsasən partlamamış sursat, mərmi qalıqları aşkar olunub. Bu günədək 15 mindən çox döyüş sursatı məhv edilib.

Sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə baxış keçirilib. Görülən işlərlə bağlı məlumat verən Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Məhərrəm Məhərrəmov bildirib ki, indiyədək 178 yanğın hadisəsi baş verib. Yanğınlar dərhal söndürülüb və alovun daha böyük əraziyə yayılmasının qarşısı alınıb.

Sonra Əlaqələndirmə Qərargahının nəzdindəki “Minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə üzrə” və “Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə" İşçi qruplarının birgə iclası keçirilib.

Qərargahın gördüyü işlər barədə məlumat verən Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin sədr müavini Nüsrət Süleymanov bildirib ki, istər minatəmizləmə sahəsində gündəlikdə duran məsələlər, istərsə də mülki əlaqələr üzrə qərarların qəbul edilməsi, həmçinin Prezident İlham Əliyev tərəfindən Qərargahın qarşısında qoyulan tapşırıqlar barədə ətraflı fikir mübadiləsi aparılır. Bu cür iclasların keçirilməsində əsas məqsəd işçi qrupların və üzvlərinin ərazilərdə aparılan işlərlə yaxından, praktiki tanış olmasını, həmçinin işçi qrupların fəaliyyətinin daha səmərəli təşkilini təmin etməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Ruhinin dəbdəbəli villasının görüntüləri – VİDEO

Ruhinin dəbdəbəli villasının görüntüləri – VİDEO

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

End of content

No more pages to load

RADİO