Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini, 1966-cı il təvəllüdlü Abışov Araz İsmixan oğlu yolu keçərkən “NİVA” markalı avtomobilin sürücüsü tərəfindən vurulub. Nəticədə A. Abışov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media