“Atamı həqiqəti dediyinə görə zəhərlədilər” - Rəşidə Rəşid bir çox mətləbə aydınlıq gətirdi...

İyunun 9-da SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatının 30 ili tamam oldu.xa0 Dünən Mahnı Teatrında Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə konsert təşkil olunub.

Korifey sənətkarın qızı Rəşidə Rəşid atasının anım günü ilə bağlı öz ürək sözlərini bölüşüb.xa0

Moderator.az həmin mətnin tərcüməsini oxucularına təqdim edir:xa0
“Mənim əziz,əvəzsiz dostlarım! Mənim xeyirxahlarım! Ağıllılarım! Tərbiyyəlilərim! Xoş məramlı və yüksək intellekt sahibləri! Atam Rəşid Behbudovun, hər şeydən əvvəl böyük Rəşid Behbudovun şöhrətini, xatirəsini, izzətini böyük məhəbbətlə xatırladığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Ona görə ki, o, öz torpağına, bizim xalqa, bizim Azərbaycana məxsusdur.xa0

Bu gün acıxa0 tarixi bir gündür... 30 il əvvəl şərəfsiz insanlar torpağımız, yurdumuz haqqında həqiqəti söylədiyinə görə onu zəhərlədilər, işgəncə verdilər. Qarabağın çiçəkli bağlarından danışan, Qorbaçovdan tutmuş, onun alçaq, qatil və oğru silahdaşları satqınları haqqında danışanxa0 dilini kəsdilər...xa0
Biz istənilən dahi mirasımızı qorumalıyıq. Korifeyləri, dahiləri, bəstəkarları, rəssamları, heykəltəraşları, memarları, musiqiçiləri, orkestrantları, unikal istedadlı müəllimləri (əgər belələri hələ qalırsa?!). Biz güclü yaddaşa sahib olmalı və heç bir halda özümüzü dəyişməyərək musiqidə müvəqqəti təsadüfi insanlara köklənməməli, dilimizi və tariximizi qorumalıyıq!

Buna görə mədəniyyət və sənətin, memarlığın, şeir və nəsrin, rəqsin və şəhərsalmanın və çox-çox şeylərin inkişafı üçün ümummilli və aydın ardıcıllıqla bir proqramı olmalıdır. Biz İntibah dövründən çıxmışıq, dahilər getdivə mədəniyyət hər cür dəhşətli, yoluxucu infeksiyalara yoluxdu. Bizi televiziya kanalları vasitəsilə yedirtdilər, uşaqların gənc ağıllarını cinayətkarcasına formalaşdırırlar...xa0
Korifeylərə eşq olsun, hamısı Azərbaycan mədəniyyətinə lazımdır. Çünki bu dövrdə çoxəsirlik Azərbaycana layiq mədəniyyət qurmalıyıq. Yaltaqlıq, şər, paxıllıq, savasızlıq, istedadsızlıq yuxarı şkaladadır. Özünüz baxın və qoruyun.Xalqımızın istedadlı və görkəmli bəstəkarları tərəfindən yazılmış Azərbaycanın məşhur mahnılarının yolunu kəsməyin.

Uzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Arif Məlikov, Fikrət Əmirov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə,xa0 Rauf Hacıyev, Səid Rüstəmov, Asəf Zeynallı, Qəmbər Hüseynli, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Ramiz Mirişli, Sərdar Fərəcov, Aydın Əzimov, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov,xa0 Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, Ruhəngiz Qasımova, Emin Sabitoğlu , Vaqif Mustafazadə, Rafiq Babayev və bir çoxları. Budur bizim Luvr! Budur bizim Uffizi, Prado Muzeyi! Budur bizim Ermitaj! Bütün bu tarixi korifeylər dünya muzeylərini bəzəyir, parlaq heykəltaraşlar və rəssamları da bura əlavə etmək olar. Bu, bizim irsimiz və qürurumuzdur.xa0

Azərbaycan Bəstəkarlar İttifaqı Rəşid Behbudovu sevir və onu doğma, yaxın insan hesab edirdi! Hər bir bəstəkar böyük müğənni ilə birlikdə tarix və musiqi şedevrləri yaratdı. Və Azərbaycanın məşhur şairləri poeziya şedevrləri yazdılar. Müəllif mahnıları üçün, evdə yetişdirilmiş, təsadüfi saray şairlərinin üç badım-bir qozunu yox.

Bu, utancvericidir və təəssüf doğurur. Xalq nəyi dinləyir və milləti nəyə hazırlayır? İşıqlı zəkalar və istedadlar var, gələcək var. Ancaq onlar səhnəni, televiziya kanallarını, toyları, yasları, dəfnlərixa0 vəba kimi basmış boş və təkəbbürlü təsadüfi insanları yarıb keçə bilmirlər. Saxta dəyərlər yoxdur, reallıq var. Bir çox valideynlər özlərinin unutqanlığını uşaqlarına da keçirir və onları şikəst edirlər. Təlxəklərin və təlxəkiyyələrin zamanıdır.xa0 Özlərinin köçərixa0 azıxantrop mağara musiqisi ilə xalqı aldadanların zamanıdır.Afrika tammtamları daha yaxşıdır, nəinki ucuz sintizator ifası. Əfsus, Azərbaycanın mədəni irsinin təsisçiləri anadan olana kimi, folklor sərvətinin və Azərbaycanın müasir sənətinin və mədəniyyətinin layiqli davamçıları olana qədər bir əsrdən artıq vaxt gərəkdir.xa0

Özünüzü dəyişməyin. Sevginizi ürəyinizdə saxlayın və ümidsizliyə qapılmayın. Səhra küləyi tarixin quru qabıqlarını süpürüb aparır. Bu kədərli gündə atamın xatirəsini sizinlə yad etmək istədim. Özünüzü qoruyun və məni unutmayın, mümkünsə...”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

Fitso Avropaya səsləndi: “Ukraynaya silah vermək əvəzinə...”

Fitso Avropaya səsləndi: “Ukraynaya silah vermək əvəzinə...”

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Ceyhun Bayramov Hakan Fidanla regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Tahir Abdullayevdən qələbə ŞƏRHİ

Tahir Abdullayevdən qələbə ŞƏRHİ

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bakıdakı UFC turniri START götürdü

Bakıdakı UFC turniri START götürdü

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

End of content

No more pages to load

RADİO