İnfarkt niyə "cavanlaşıb"?

Ənənəvi olaraq yaşlı nəslin problemi kimi tanınan ürək-damar xəstəlikləri artıq 20-40 yaş arası insanları da təhdid etməyə başlayıb. Həyat tərzinin dəyişməsi, stressin artması, qeyri-sağlam qidalanma, fiziki aktivliyin azalması və genetik meyillik bu halların başlıca səbəbləri sırasındadır.

Ən faciəvi məqam isə odur ki, bir çox gənclər ürək xəstəliklərinin xəbərdaredici əlamətlərini bilmədikləri üçün zamanında müayinə və müalicə olunmurlar. Bu isə ani və gözlənilməz ölümlərlə nəticələnir.

Maraqlıdır, ürək-damar xəstəlikləri niyə gəncləşib?

Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, son illərdə həm Azərbaycanda, həm də dünyada müşahidə olunan ən ciddi tendensiyalardan biri ürək-damar xəstəliklərinin, xüsusilə də infarktın gənc yaşlarda baş verməsidir.

Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbləri həyat tərzinin dəyişməsi, düzgün qidalanmama, stress və zərərli vərdişlərin geniş yayılması ilə bağlıdır:
 

"İnfarktın "cavanlaşmasının" əsas amillərinə hərəkətsiz həyat tərzi, fast-food tipli qidaların, duz və yağın həddindən artıq istifadəsi, artıq çəki, diabet və yüksək qan təzyiqinin artması daxildir. Eyni zamanda siqaret və alkoqol kimi zərərli vərdişlər, bəzi hallarda isə idman zallarında həkim nəzarəti olmadan qəbul edilən müxtəlif enerji preparatları da risk faktorlarını artırır. Gənclərin intensiv iş rejimi, yuxusuzluq və daimi stress altında qalması da ürək-damar sağlamlığına mənfi təsir göstərən mühüm səbəblərdəndir".


"Ürək xəstəliklərinin qarşısını almaq üçün hər kəs gündəlik həyatında profilaktik tədbirlərə xüsusi diqqət yetirməlidir. Balanslı qidalanma, artıq çəkidən uzaq durmaq, mütəmadi fiziki aktivlik, siqaret və spirtli içkilərdən imtina, normal yuxu rejiminə riayət etmək əsas qaydalardandır. Eyni zamanda qan təzyiqi, xolesterin və şəkər səviyyəsinin vaxtaşırı yoxlanması, risk qrupuna daxil olan gənclərin isə müntəzəm həkim müayinəsindən keçməsi həyati əhəmiyyət daşıyır. Unutmaq olmaz ki, sağlam həyat tərzi çox vaxt ən güclü dərmandır. Gənc yaşlardan etibarən sağlamlığa diqqət etmək gələcəkdə infarkt və digər ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ən effektiv yoldur",- Rəşad Mahmudov vurğulayıb.

İnfarkt zamanı ilkin tibbi yardım necə olmalıdır?

Mövzu ilə bağlı Trend-ə danışan Kliniki Tibbi Mərkəzin TTY şöbəsinin müdiri Sevinc Tağıyeva bildirib ki, ürək tutması təcili tibbi yardım tələb edən ciddi bir vəziyyətdir.

Onun sözlərinə görə, bu halın əsas səbəbi ürək əzələsi, miokardın qanla təminatının ya kəskin şəkildə azalması, ya da tamamilə dayanmasıdır.

"Belə hallarda xəstənin həyatı saniyələrdən asılı olur. Bəzi hallarda isə bu vəziyyət miokard infarktı ilə nəticələnə bilər ki, bu zaman da sürətli və düzgün ilkin yardım həyati əhəmiyyət daşıyır. İlk növbədə qeyd etmək lazımdır ki, ürək tutmasının əsas əlaməti sinədə yaranan kəskin, sıxıcı xarakterli ağrılardır. Bu ağrılar çox zaman sol qola, kürəyə, çiyinə və hətta çənəyə yayıla bilər. Belə vəziyyətdə ilkin tibbi yardım göstərilərkən insanlar soyuqqanlı davranmalı, panikaya düşməməlidirlər. Xəstə dərhal sakit və havası təmiz bir mühitə yerləşdirilməli və sakitləşdirilməlidir. Daha sonra xəstəyə yarımoturaq vəziyyət verilməlidir ki, bu pozisiya ürəyə olan yükü azaldır və qan dövranını yüngülləşdirir. Bundan sonra 300 mq dozada aspirin verilməlidir. Vacib məqam: aspirin çeynənməlidir, udulmamalıdır. Eyni zamanda nitroqliserin preparatı da istifadə edilə bilər. Bu dərman qan damarlarını genişləndirir və ürəyə qan axınını yaxşılaşdırır. Nitroqliserin 1 tablet olmaqla, 5 dəqiqəlik fasilələrlə maksimum 3 doza şəklində verilə bilər. Əgər xəstənin nəbzi və tənəffüsü yoxdursa, dərhal ürəyin qapalı masajına (kardiopulmonar reanimasiya - CPR) başlanılmalıdır. Bu, xəstənin həyatını xilas edə biləcək əsas addımdır",- deyə həkim əlavə edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə ölkə üzrə ürəyin işemik xəstəliklərindən ölənlərin sayı 12162 nəfər təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün qəbul imtahanı var

Bu gün qəbul imtahanı var

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Bakıda bu taksilər qiyməti ARTIRDI

Bakıda bu taksilər qiyməti ARTIRDI

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

End of content

No more pages to load

RADİO