Qusarda Anım Günü KEÇİRİLDİ - FOTO

Qusar şəhərində 27 Sentyabr – Anım Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbir Şəhidlərin Xatirə Guşəsinin önündə baş tutub.

Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov əvvəlcə mərasim iştirakçılarını salamlayaraq, Anım Gününün Azərbaycan xalqı üçün dərin mənəvi məna daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən Milli Qəhrəman Çingiz Qurbanovun, şəhid Sənan Zamanov və şəhid Vüsal Orucovun valideynləri övladlarının şərəfli həyat və döyüş yolundan danışaraq, onların qəhrəmanlıqlarının gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıblar.

Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov qeyd edib ki, hər bir vətəndaş şəhidlərin xatirəsini daim uca tutmalı və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda daim birlik nümayiş etdirməlidir.

Tədbir iştirakçıları sonda şəhidlərin ruhuna dualar oxuyub, Xatirə Guşəsinə gül dəstələri düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca şəhidlərimizin xatirəsinə ehsan süfrəsi təşkil edilib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Krımın hərbi aerodromuna hava zərbələri endirdi - VİDEO

Ukrayna Krımın hərbi aerodromuna hava zərbələri endirdi - VİDEO

Milyonlarla iranlı Əli Xameneinin dəfn mərasimində iştirak edib -VİDEO

Milyonlarla iranlı Əli Xameneinin dəfn mərasimində iştirak edib -VİDEO

Yaxın Şərqdə davamlı sülh nə vaxt mümkün olacaq? - Ərdoğan şərti açıqladı

Yaxın Şərqdə davamlı sülh nə vaxt mümkün olacaq? - Ərdoğan şərti açıqladı

Avtomobilin cərimə meydançasına aparılması ilə bağlı YENİ QAYDA

Avtomobilin cərimə meydançasına aparılması ilə bağlı YENİ QAYDA

Belarusdan Rusiyaya nə qədər benzin idxal olunur?

Belarusdan Rusiyaya nə qədər benzin idxal olunur?

İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi AÇIQLANDI

İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi AÇIQLANDI

Rusiyada iPhone satışı minimuma endi - FOTO

Rusiyada iPhone satışı minimuma endi - FOTO

Tramp: "Öz ambisiyalarımızı genişləndirməkdən vaz keçməyəcəyik”

Tramp: "Öz ambisiyalarımızı genişləndirməkdən vaz keçməyəcəyik”

"Ədalətli Rusiya" partiyası seçki siyahısını açıqladı: Tanınmış simalar kənarda qaldı

"Ədalətli Rusiya" partiyası seçki siyahısını açıqladı: Tanınmış simalar kənarda qaldı

Peskov: "Avropa İttifaqı Ukrayna ilə sülh perspektivlərini tamamilə məhv edə bilməyəcək"

Peskov: "Avropa İttifaqı Ukrayna ilə sülh perspektivlərini tamamilə məhv edə bilməyəcək"

Klopp Almaniya yığmasının baş məşqçisi olacaq

Klopp Almaniya yığmasının baş məşqçisi olacaq

ATƏT-in sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi - FOTO

ATƏT-in sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi - FOTO

Süni intellekt smartfonları əvəz edəcək? - İlon Maskdan iddialara SƏRT REAKSİYA

Süni intellekt smartfonları əvəz edəcək? - İlon Maskdan iddialara SƏRT REAKSİYA

İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi

İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi

Zərdabda su arxında meyit tapıldı

Zərdabda su arxında meyit tapıldı

Tünzalə Əliyevanın qardaşı vəfat etdi - FOTO

Tünzalə Əliyevanın qardaşı vəfat etdi - FOTO

Qəbul imtahanı sona çatdı - 11 nəfərdə telefon aşkarlandı

Qəbul imtahanı sona çatdı - 11 nəfərdə telefon aşkarlandı

DÇ-2026: Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -FOTO

DÇ-2026: Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -FOTO

Ukraynadan Belqoroda dron hücumu: Rayon rəhbəri yaralandı

Ukraynadan Belqoroda dron hücumu: Rayon rəhbəri yaralandı

Trampın televiziyadakı "rekursiya"sı: Həm izləyir, həm izlənilir - VİDEO

Trampın televiziyadakı "rekursiya"sı: Həm izləyir, həm izlənilir - VİDEO

Bal alarkən aldanmamaq üçün bunları bilin: Vacib məsləhətlər

Bal alarkən aldanmamaq üçün bunları bilin: Vacib məsləhətlər

Texas səmasında möhtəşəm şou: 2500 dronla müstəqillik bayramı qeyd olundu - VİDEO

Texas səmasında möhtəşəm şou: 2500 dronla müstəqillik bayramı qeyd olundu - VİDEO

"Arzum"un səhhəti pisləşdi

"Arzum"un səhhəti pisləşdi

"OPEC+" ölkələri razılığa gəldi

"OPEC+" ölkələri razılığa gəldi

End of content

No more pages to load

RADİO