İyulun 3-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 69 min 718 doza vaksin vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31 min 55, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 38 663 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 740 min 447-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 321 min 863, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 418 min 584 nəfərdir.
Bizim.Media