Sumqayıtda istirahət mərkəzinin icarədarı cərimələnib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları ilə birgə keçirdikləri tədbir zamanı iyulun 1-də Sumqayıt şəhərində dənizkənarı sahildə yerləşən “Antalya” istirahət mərkəzinin atmosferə atılan zərərli tullantıları təmizləyən müvafiq qurğusu olmadan fəaliyyət göstərdiyi aşkar olunub.
Oranın icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə protokol tərtib edilib.
Bizim.Media