Sumqayıt şəhərində 50 yaşlı kişi dənizdə batıb.
Bizim.Media xəbər verir ki, hadisə Xəzər dənizinin “Xəzər bağları” yaşayış massivi istiqamətində olan hissəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Vasif Seydulla oğlu nəzarətsiz ərazidə çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (apa)
Bizim.Media