Yanvarın 1-dən sürücülər yol vergisi ödəyəcək?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avtomobil nəqliyyatında sərnişin daşınmasının təkmilləşdirilməsi məqsədilə “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması barədə fərman imzalayıb. Fond avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi (2026-cı il yanvarın 1-dən) və Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olma haqqı (2027-ci il yanvarın 1-dən) hesabına formalaşacaq.

Fərmanın imzalanmasından sonra sosial şəbəkələrdə gələn il yanvarın 1-dən avtomobil yanacağın görə yol vergisi tələb olunacağına dair müzakirələr aparılır. Maraqlıdır, vətəndaşlar doğrudan da benzin sərfiyyatına görə əlavə vergi ödəyəcəklər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, vətəndaşlar benzin alarkən yol vergisi, aksiz və ƏDV-ni artıq ödəmiş olurlar: 

“Məsələn, yağ alırsınız, elə bilirsiniz bu, ancaq məhsulun qiymətidir? Xeyr. Hər hansı bir məhsul alırsınızsa, onun içində vergilər var: 18 faiz vergi, işçinin xərci və s. Biz həmişə ödəyirdik, burada yeni bir şey yoxdur. Yol vergisi də, aksiz vergisi də, əlavə dəyər vergisi də benzin qiymətinin içərisindədir.Yəni biz benzin aldıqda, onu satan strukturlar ödədiyimiz puldan dövlət büdcəsinə vergi ödəyirlər. 
 

Xatırladığım qədər, yol vergisi 10 il əvvəl qiymətin içərisinə daxil edildi. Əvvəl texniki baxış zamanı verilirdi, sonra dəyişdirildi, yanacağın qiymətinə daxil edildi. Yəni, istehlak vergiləri - əlavə dəyər vergisi, aksiz, yol vergisi alış zamanı tutulur”.


Nəqliyyat ekspert Elməddin Muradlı da vurğulayıb ki, sürücülər üçün əlavə ödəniş nəzərdə tutulmayıb:

“Zatən benzinə və digər yanacaq növlərinə görə şirkətlər vergi ödəyirlər. Həmin vergidən vəsait tutulacaq. Sürücü burada heç nəyə əlavə pul ödəmir. Əvvəl yol vergisini biz ödəyirdik, amma sonradan dövlət başçısının qərarı ilə ölkəyə yanacaq gətirən, istehsal edən və satan hüquqi və fiziki şəxslər ödəməyə başladılar. Yəni o yol vergisini onlar ödəyir və illərdir bu sistem belə davam edir. Təzə bir vergi növü yaradılmayıb, sürücülərdən də heç kim heç nə tələb etmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz İrlandiyaya məğlub oldu

Millimiz İrlandiyaya məğlub oldu

İranda Azərbaycan dilində olan kənd adı dəyişdirildi - FOTO

İranda Azərbaycan dilində olan kənd adı dəyişdirildi - FOTO

Yerin üstündə matəm, altlnda toy-bayram - VİDEO

Yerin üstündə matəm, altlnda toy-bayram - VİDEO

Azərbaycanlı gənc Polşada faciəvi şəkildə VƏFAT ETDİ

Azərbaycanlı gənc Polşada faciəvi şəkildə VƏFAT ETDİ

Hövsandakı "möcüzəvi palçıq" barədə həkimdən kritik XƏBƏRDARLIQ - VİDEO

Hövsandakı "möcüzəvi palçıq" barədə həkimdən kritik XƏBƏRDARLIQ - VİDEO

Ruben Rubinyan: "Onlar mandatdan istifadə edərək ədalətdən yayınmağa çalışacaqlar, lakin... " - VİDEO

Ruben Rubinyan: "Onlar mandatdan istifadə edərək ədalətdən yayınmağa çalışacaqlar, lakin... " - VİDEO

Şəmkirdə ağır qəza - ÖLƏN VAR

Şəmkirdə ağır qəza - ÖLƏN VAR

“Açıq qapı”dan bir əsrlik tarixə baxış! - FOTO

“Açıq qapı”dan bir əsrlik tarixə baxış! - FOTO

İranla müharibə başlayandan bəri yenidən görüşəcəklər

İranla müharibə başlayandan bəri yenidən görüşəcəklər

Formula 1 üzrə Britaniya Qran-Prisinin qalibi BƏLLİ OLDU

Formula 1 üzrə Britaniya Qran-Prisinin qalibi BƏLLİ OLDU

Bakıxanov qəsəbəsində əks yola çıxan sürücü qəza törətdi - VİDEO

Bakıxanov qəsəbəsində əks yola çıxan sürücü qəza törətdi - VİDEO

Tramp kommunizmi yenidən məğlub edəcəyinə söz verdi - VİDEO

Tramp kommunizmi yenidən məğlub edəcəyinə söz verdi - VİDEO

Norveç Ukraynaya raket tədarükü ilə bağlı ittihamları TƏKZİB ETDİ

Norveç Ukraynaya raket tədarükü ilə bağlı ittihamları TƏKZİB ETDİ

Netanyahu: HƏMAS tərksilah edilmədən Qəzzanın bərpası mümkün deyil

Netanyahu: HƏMAS tərksilah edilmədən Qəzzanın bərpası mümkün deyil

Suriya parlamentinin ilk iclası Makronun səfərinə görə təxirə salındı - FOTO

Suriya parlamentinin ilk iclası Makronun səfərinə görə təxirə salındı - FOTO

“Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer etdi: 8-cidir - VİDEO

“Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer etdi: 8-cidir - VİDEO

Avropa Türkiyədən bunu xahiş etdi: “Göndərməsəniz...”

Avropa Türkiyədən bunu xahiş etdi: “Göndərməsəniz...”

Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBRLƏR QAZILIB

Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBRLƏR QAZILIB

Qətər və İrandan mühüm qərar: Limanlar arasında dəniz əlaqəsi bərpa edildi

Qətər və İrandan mühüm qərar: Limanlar arasında dəniz əlaqəsi bərpa edildi

Romada genişmiqyaslı polis əməliyyatı: Həbs edilənlər var - VİDEO

Romada genişmiqyaslı polis əməliyyatı: Həbs edilənlər var - VİDEO

Xameneinin oğulları ilk dəfə görüntüləndi - VİDEO

Xameneinin oğulları ilk dəfə görüntüləndi - VİDEO

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana gəldi - FOTO

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana gəldi - FOTO

Rusiya Ukraynadan belə qisas alır - FOTO

Rusiya Ukraynadan belə qisas alır - FOTO

Rusiyada yanacaq qıtlığı: Atlara tələbat kəskin artdı - FOTO

Rusiyada yanacaq qıtlığı: Atlara tələbat kəskin artdı - FOTO

End of content

No more pages to load

RADİO