“Polis əməkdaşları toy keçirilən zallara daxil olub toya gələnlərin sayılması, yoxlanılmasını həyata keçirməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, bu prosses restoran rəhbərliyinin, yəni hüququ şəxslərin üzrəinə düşən məsuliyyətdir:
Burada toy sahibi də məsuliyyət daşıyır. Əvvəlcədən tərəflər arasında razılıq əsasında iltizam sənədi imzalanıb. Həmin o iltizam sənədi artıq təsdiq edir ki, tərəflər qayda və tələblərdən məlumatlıdır. Əgər monitorinq qrupları yoxlama zamanı qanun pozuntusu aşkarlasa barələrində inzibati məsuliyyət tədbiri nəzərdə tutula bilər. Vətəndaşdan tələb olunan odur ki, qaydalara riayət etsin”.
Bizim.Media