Ürək dərmanı ilə bağlı XƏBƏRDARLIQ - bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

Mütəxəssislər milyonlarla insanı xəbərdar edib: qan durulducu dərman varfarin bəzi vitamin və bitki tərkibli əlavələrlə birlikdə qəbul ediləndə ölümcül reaksiyalara səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, İngiltərədə ən çox təyin edilən antikoaqulyant olan varfarin, ifliclə nəticələnə biləcək qan laxtalarının qarşısını almaq üçün bir milyondan çox xəstəyə yazılır.

Dərman qanın damarlarla daha rahat hərəkət etməsinə kömək edir və ürək ritm pozğunluğu, ürək qapağı əməliyyatı, qan laxtalanma problemləri və əməliyyatdan sonrakı dövrdə xəstələrə verilir.

Lakin İngilis Ürək Fondunun mütəxəssisi Viktoriya Teylor xəbərdarlıq edib ki, varfarini K vitamini, omega-3 əlavələri və məşhur bitki dərmanı sarı kantaron ilə birlikdə qəbul etmək dərmanın təsirini zəiflədə və ölümcül qanaxmalara yol aça bilər.

NHS (Milli Səhiyyə Xidməti) də oxşar xəbərdarlıq edərək, varfarin istifadə edənlərin bitki mənşəli dərmanlardan uzaq durmalı olduqlarını bildirib. Xüsusilə sarı kantaron depressiya üçün istifadə olunsa da, varfarinlə birlikdə təhlükəli yan təsirlər yarada bilər.

Teylor deyib ki, Qida əlavələri heç də həmişə faydalı deyil, bəzən əksinə, zərərlidir.

"Vitamin və mineralların yüksək dozada qəbul edilməsi sağlamlıq üçün risklidir. Həmişə 'çoxu yaxşıdır' demək düzgün deyil."

"Əlavələrə pul xərcləməzdən əvvəl həkimlə məsləhətləşin. Əgər ehtiyac varsa, həkim özü təyin edəcək."

Mütəxəssislər yalnız D vitaminini istisna hesab edirlər. Sonbahar və qış aylarında günəş işığının az olması səbəbindən gündə 10 mikroqram D vitamini qəbul edilməsi tövsiyə olunur.

Varfarinin əks təsirləri:

Kiçik kəsiklərdən uzunmüddətli qanaxma,

Tez-tez diş əti və burun qanaması,

Asanlıqla göyərmələr,

Nadir hallarda isə daxili qanaxma və beyində qanaxma.

Əgər qanaxma 10 dəqiqədən çox davam edərsə, qan qusma və ya qan öskürmə baş verərsə, dərhal həkimə müraciət edilməlidir. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

40 yaşdan sonra kişilər bunu etməlidir

40 yaşdan sonra kişilər bunu etməlidir

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Göyçayda traktorla minik avtomobili toqquşdu - Xəsarət alan var

Göyçayda traktorla minik avtomobili toqquşdu - Xəsarət alan var

Kanat yolunda qalan sərnişinlər təxliyə edildi - VİDEO

Kanat yolunda qalan sərnişinlər təxliyə edildi - VİDEO

Bir qarın çörəyə rəhbər yad edilir - VİDEO

Bir qarın çörəyə rəhbər yad edilir - VİDEO

End of content

No more pages to load

RADİO