Həkim kimi adı siyahıda olmayan Dilqəm Məhərrəmov bu yola əl atdı – FOTO

Adı plastik cərrah kimi işləməyə icazəsi olan həkimlərin siyahısına daxil edilməyən tanınmış həkim Dilqəm Məhərrəmov yeni yola əl atıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, D.Məhərrəmov Azərbaycan Tibb Universitetində əcnəbi vətəndaşlar üçün keçirilən rezidentura pilləsinə qəbul imtahanında iştirak edib. Müxtəlif ixtisaslar üzrə sənəd təqdim edən 41 namizəd arasında onun da olması marağa səbəb olub. D.Məhərrəmov və digərləri yalnız Azərbaycan dili imtahanında iştirak ediblər və daha sonra müsabiqəyə buraxılıblar.

Onun əcnəbi ölkə vətəndaşı olmasına dair məlumat indiyədək ictimailəşməmişdi. D.Məhərrəmovun hansı ölkənin vətəndaşı kimi imtahana qatılması isə bilinmir.

O da iddia edilib ki, Azərbaycan Beynəlxalq Universitetində təhsil almış D.Məhərrəmovun, ümumiyyətlə, cərrah kimi təhsili yoxdur.


 

Qeyd edək ki, ötən ilin oktyabrından başlayan plastik cərrah qalmaqalında ən çox adı çəkilən həkimlərdən biri də Dilqəm Məhərrəmovdur. “Baku Medical Plaza”da bir çox məşhur şəxsləri əməliyyat etmiş D.Məhərrəmovun daha sonra plastik cərrah kimi fəaliyyətinə qadağa qoyulmuşdu. Belə ki, Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayarkən onun adı olmayıb. Həmin vaxt D.Məhərrəmov açıqlama verərək qərarın onu təəccübləndirdiyini və adının yaxın vaxtlarda siyahıya əlavə ediləcəyini deyib. Lakin xeyli müddət keçsə də, bu baş verməyib.


Bu arada əlavə edək ki, ATU-ya Azərbaycan vətəndaşları üçün rezidenturaya qəbul imtahanları ən çətin imtahanlardan biri sayılır. Əcnəbi vətəndaşlar isə yalnız dil biliyi yoxlanılmaqla müsabiqəyə buraxılırlar. İmtahan nəticələrinin yaxın günlərdə elan ediləcəyi bildirilir.

Onu da qeyd edək ki, D. Məhərrəmovun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrahdır və sözügedən siyahıda adı yoxdur.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranla müharibədə neçə amerikalı hərbçi yaralanıb?

İranla müharibədə neçə amerikalı hərbçi yaralanıb?

Yağışın fəsadları belə aradan qaldırılır – FOTO

Yağışın fəsadları belə aradan qaldırılır – FOTO

Oğlunu güllələyən atadan XƏBƏR VAR

Oğlunu güllələyən atadan XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

"Turan Tovuz" bu gün "İmişli"nin qonağı olacaq

"Turan Tovuz" bu gün "İmişli"nin qonağı olacaq

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Lerikin bu kəndlərində işıq olmayacaq

Lerikin bu kəndlərində işıq olmayacaq

Gürcü politoloq: “İlham Əliyev kimi görkəmli liderin tövsiyələri bizim üçün xüsusi önəm daşıyır” - ÖZƏL

Gürcü politoloq: “İlham Əliyev kimi görkəmli liderin tövsiyələri bizim üçün xüsusi önəm daşıyır” - ÖZƏL

Azərbaycanda həyat yoldaşına xəyanət etmək 20 min manata başa gələcək: Yeni qərar

Azərbaycanda həyat yoldaşına xəyanət etmək 20 min manata başa gələcək: Yeni qərar

Göygöldə bir-birinə bitişik 4 ev yandı

Göygöldə bir-birinə bitişik 4 ev yandı

Dünya bazarlarında neft bahalaşır

Dünya bazarlarında neft bahalaşır

Çempionlar Liqasında 1/4 finalın oyunlarına start verilir

Çempionlar Liqasında 1/4 finalın oyunlarına start verilir

Şəkidə musiqi texnikumu qəzalı VƏZİYYƏTDƏDİR - Tarixi bina niyə BƏRPA olunmur? – FOTO

Şəkidə musiqi texnikumu qəzalı VƏZİYYƏTDƏDİR - Tarixi bina niyə BƏRPA olunmur? – FOTO

Toydan qayıdarkən maşın aşdı - Yaralılar var

Toydan qayıdarkən maşın aşdı - Yaralılar var

Tehrandakı sinaqoqa da zərbə endirildi – VİDEO

Tehrandakı sinaqoqa da zərbə endirildi – VİDEO

Aldığı mükafatı elə səhnədəcə sındırdı - Video

Aldığı mükafatı elə səhnədəcə sındırdı - Video

ABŞ-ın kosmik gəmisi Aya uçuşunu başa vurdu - Yerə qayıdır - VİDEO

ABŞ-ın kosmik gəmisi Aya uçuşunu başa vurdu - Yerə qayıdır - VİDEO

Yer kürəsi həyəcan təbili çalır: Daşıma qabiliyyəti doldu!

Yer kürəsi həyəcan təbili çalır: Daşıma qabiliyyəti doldu!

Hikmət Hacıyevdən Gəncə ilə bağlı paylaşım – VİDEO

Hikmət Hacıyevdən Gəncə ilə bağlı paylaşım – VİDEO

Dünyanın ən sağlam tərəvəzi seçildi

Dünyanın ən sağlam tərəvəzi seçildi

Köhnə avtomobil sahiblərinə ŞAD XƏBƏR

Köhnə avtomobil sahiblərinə ŞAD XƏBƏR

Sabunçuda fərdi ev çökdü: Dağıntı altında qalan qadın xilas edildi - VİDEO

Sabunçuda fərdi ev çökdü: Dağıntı altında qalan qadın xilas edildi - VİDEO

Küveyt hava bazasına hücum: 15 amerikalı yaralandı

Küveyt hava bazasına hücum: 15 amerikalı yaralandı

Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

End of content

No more pages to load

RADİO